Azərbaycan-Türkiyə dostluğu dünya üçün bir nümunədir

Azərbaycan-Türkiyə dostluğu dünya üçün bir nümunədir
  • Cəmiyyət

  • Tarixi dostluq tellərinə söykənən Azərbaycan-Türkiyə əlaqələri daim genişlənməkdədir. Hər iki tarixi xalqın adət-ənənələri bu iki ölkəni Azərbaycan və Türkiyəni biri-birinə qardaş edib. Çətin günlərini, şad həyatlarını birlikdə qeyd ediblər. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı Azərbaycan-Türkiyə münasibətləri bu gün hər iki dövlət başçıları tərəfindən uğurla həyata keçirilir. Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı həmçinin bu iki qardaş dövlətlərin deyil, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm əhəmiyyət kəsb rdir.

    Elə bunun nəticəsidir ki, bu nilin sentyabrın 25-də, tarixi bir gündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana rəsmi səfər etmişdir. Görüşdən hədsiz sevincli olduğunu vurğulayan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatrla çıxış edərək demişdır ki, Türkiyə-Azərbaycan əlaqələri dünyada tayı-bərabəri olmayan müstəsna səviyyədədir. “Bir millət, iki dövlət” şüarı çərçivəsində əlaqələrimizi və əməkdaşlığımızı bütün sahələrdə gücləndirmək üçün fəaliyyətimizi davam etdiririk. İlham qardaşımla imzaladığımız Şuşa Bəyannaməsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə yüksəldən bir dönüş nöqtəsidir. Naxçıvan tarix boyu daşıdığı strateji əhəmiyyəti ilə Azərbaycanla əlaqələrimizdə xüsusi yerə sahibdir. Naxçıvan bu gün də iqtisadiyyat, nəqliyyat və enerji xətləri baxımından böyük potensiala malikdir. Regional nəqliyyat xətlərinin yaradılması ilə birlikdə bu potensialı tam mənasında həyata keçirmək imkanına sahib olacağıq. Xəzər dənizindən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizin əhəmiyyəti koronavirus pandemiyası və bölgəmizdə yaşanan müharibələr nəticəsində daha yaxşı dərk edilmişdir. Bu baxımdan bir qədər əvvəl təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığımızı daha da dərinləşdirəcəyi kimi, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək.

    Qars-Naxçıvan dəmir yolu layihəsi ilə yanaşı, yaşayış binaları və elektrik enerjisi ilə bağlı müqavilələr bir az əvvəl imzalandı. Beləliklə, nəqliyyat, logistika və enerji sahələrindəki əlaqələrimizi inkişaf etdirməklə bağlı iradəmizi bir daha ortaya qoyduq. «Azərbaycanlı qardaşlarımıza 6 fevraldakı zəlzələlərin yaralarının sağalmasına verdikləri güclü dəstək üçün öz adımdan və millətim adından bir daha təşəkkür edirəm. Varını-yoxunu avtomobilinin üzərinə yükləyib millətimizə yardım etmək üçün yola çıxan qardaşlarımızın səmimiyyətini heç vaxt unutmayacağıq», deyə Azərbaycan dövlətinin əsas qardaşlıq köməyini də nəzərə çatdırmışdır.

    Naxçıvanda iki Prezidentin tarixi görüşündə, əvvəl Azərbaycan Prezident cənab İlham Əliyevin bəyanatı da ürəkdən gələn sözlərlə qeyd olundu. Dövlətimizin başçısı söyləmişdir ki, Naxçıvana xoş gəlmisiniz. Sizi səmimiyyətlə salamlayıram.

    Əziz qardaşım, bu, Sizin Naxçıvana ikinci səfərinizdir və səfər zamanı imzalanmış sənədlər Türkiyə-Azərbaycan əlaqələrinin inkişafına xidmət göstərəcək.

    İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir və bizim əlaqələrimizə yeni təkan verəcək, Naxçıvanın enerji təhlükəsizliyini daha böyük ölçüdə təmin edəcək.

    Naxçıvan Azərbaycanın qədim diyarıdır. Əfsuslar olsun ki, 1920-ci ildə sovet hakimiyyəti tərəfindən Qərbi Zəngəzur Azərbaycandan ayrılmışdır və beləliklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında coğrafi bağlantı kəsilmişdir. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasətini aparmağa başlayanda Naxçıvana qarşı da onların ərazi iddiaları var idi. Burada da şiddətli döyüşlər gedirdi və məhz o vaxt Azərbaycanın böyük oğlu Heydər Əliyevin rəhbərliyi ilə, - o zaman o, Naxçıvanın başçısı idi, - Naxçıvan düşməni yerinə oturtdu və öz ərazisini qoruya bildi. Ancaq o vaxt Naxçıvanın enerji təminatı Azərbaycanın əsas hissəsindən olduğu üçün Ermənistan bütün elektrik və qaz xətlərini kəsmişdi və Naxçıvan faktiki olaraq mühasirədə idi. İşıq yox, qaz yox, qışlar da çox soyuq keçir və 15 il Naxçıvan qazsız yaşamışdır.

    Ancaq 2005-ci ildə İran İslam Respublikası ilə imzalanmış anlaşmaya görə, mübadilə yolu ilə İrandan Naxçıvana qazın verilməsi təmin edilmişdir. İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi isə ikinci xətt vasitəsilə Naxçıvana təbii qazın verilməsinə şərait yaradacaq.

    Bir neçə gündən sonra, daha doğrusu, üç gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcəkdir və əminəm ki, bu forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı bizim böyük planlarımız var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər. Çünki burada həm günəş, həm külək, eyni zamanda, su elektrik stansiyalarının inşası üçün böyük potensial var və gələcəkdə Naxçıvandan Türkiyəyə ən azı 1000 meqavat həcmində yaşıl enerji ixracı da mümkün olacaqdır.

    Azərbaycan Prezident cənab İlham Əliyev xüsusilə vurğulamışdır ki,
    İki il bundan əvvəl Şuşa şəhərində - uzun zaman davam edən işğaldan sonra azad edilmiş Şuşa şəhərində Şuşa Bəyannaməsi - müttəfiqlik bəyannaməsi bizim münasibətlərimizi yeni müstəviyə qaldırdı. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə biz indi əlaqələrimizin çox fəal dövrünü yaşayırıq. Bu gün təməlini qoyduğumuz İğdır-Naxçıvan qaz xətti - vaxtilə biz Sizinlə TANAP layihəsinin təməlini qoymuşduq, TANAP boru xəttinin açılışını bərabər etmişdik - bu gün isə Türkiyədən Azərbaycanın parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start veririk. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Əminəm ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcəkdir.

    Biz bu gün Sizinlə, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının genişləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq və mən Sizə məlumat verdim ki, yaxın aylarda bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. Yəni, bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır.

    Qeyd etmək yerinə düşər ki, əgər Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə arasında hərbi-siyasi müttəfiqlik yaradıbsa, bunun ardınca imzalanan sənədlər ortaq iqtisadi maraqların gerçəkləşməsinə xidmət edir. Türkiyə Prezidentinin səfəri Azərbaycan–Türkiyə müttəfiqliyinin möhkəmlənməsinə daha bir töhfə verməklə yanaşı, həm də Avrasiya geopolitik məkanında yeni düzənin əsasını təyin edir. Bununla da dövlət başçılarının hər görüşü yeni siyasi uğurun başlanğıcına dönür. Naxçıvan görüşündən sonra  tariximizin yaxın bir zamanında məhz böyük uğurlara imza atılacağnın şahidi olacağıq.

    Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı! Bu qardaşlığa eşq olsun!

    İbrahim ŞÜKÜROV
    Yeni Azərbaycan Partiyası,

    Masallı Rayon Təşkilatı Yeddioymaq kənd ərazi partiya təşkilatının sədri

    PAYLAŞ:

    Oxşar xəbərlər