Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu mülki əhali və infrastruktur obyektlərini hədəfə almır"

Müdafiə Nazirliyi: "Azərbaycan Ordusu mülki əhali və infrastruktur obyektlərini hədəfə almır"
  • Cəmiyyət

  • Azərbaycan Ordusu Qarabağda keçirdiyi antiterror tədbirlərində mülki əhali və infrastruktur obyektlərini hədəfə almır.

    Bu barədə Leqal.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

    "Bir daha bildiririk ki, mülki əhali və infrastruktur obyektləri hədəfə alınmır, yalnız legitim hərbi hədəflər sıradan çıxarılır", - nazirlikdən qeyd olunub.

    Qeyd edək ki, üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər