Qarşılıqlı səfərlər qarşıdan gələn illərdə daha da sıx şəkildə davam etdiriləcək

Qarşılıqlı səfərlər qarşıdan gələn illərdə daha da sıx şəkildə davam etdiriləcək
  • Cəmiyyət

  • Sentyabrın 14-də Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşü keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu görüşdə iştirak edib.Qazağıstan Prezidenti Kasım Lormat Tokayev, Qırğızıstan Prezidenti Sadır Laparov, Türkmənistan Prezidenti Sərdar Berdiməmmədov,  Özbəkistan Prezidenti Şafqat Mirziyoyev çıxış etdikdən sonra Tacikistan Prezidenti  Emoməli Rəhmon çıxış üçün sözü Azərbaycan Prezidenti İlham Əliyevə verdi.
        
    Azərbaycan dövlət başçısı  İlham Əliyev dövlət başçılarını salamlayaraq dəvətə görə Tacikistan Prezidenti Emoməli Rəhmona öz təşəkkürünü bildirdi. Eləcə də bu il ərzində Tacikistana ikinci dəfə səfər etdiyini bildirdi. Bu ilin aprel ayındakı səfərinin stukturunu təşkil edən qərar və imzalanmış sənədlər münasibətlərimizin strateji  xarakterini bir daha təsdiq edir. Həmçinin Tacikistan Prezidentinin Azərbaycana dövlət səfərini səbirsizliklə gözlədiyini bildirdi. Bu fürsətdən istifadə edərək dost Tacikistan xalqını Müstəqillik Günü münasibəti ilə təbrik etdi.
        
    Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışında bildirdi ki, Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqımızın çoxəsrlik qardaşlıq münasibətləri bağlayır və ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir.
        
    Azərbaycan dövlət başçısı onu da bildirdi ki, son iki il ərzində Mərkəzi Asiya dövlətlərinə doqquz səfər etmişəm. Eləcə də bu müddət ərzində qardaş dövlətlərin başçıları Azərbaycana dəfələrlə səfər ediblər. Bu qarşılıqlı səfərlər qarşıdan gələn illərdə daha da sıx şəkildə davam etdiriləcəkdir. 
             
    Prezident daha sonra deyib: “Biz artıq sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələri həyata keçiririk. Mehmanxana işi və turizm sahəsindəki sərmayə layihələri ilk icra mərhələsindədir. Biz Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük.
             
    Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Əks istiqamətdə tranzitin əhəmiyyəti də az deyil. Mərkəzi Asiyadakı qardaşlarımız bilirlər ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturu onlar üçün açıqdır”.

    Bir çox səmərəli lahiyələrin reallaşdığını vurğulayan Prezident İlham Əliyev bu iqtisadi və siyasi inkişafın gələcəkdədə davam etdiriləcəyini bildirdi.
        
    Çıxışının sonunda bu gün keçirilən görüşə dəvətə görə bütün başçılarına öz təşəkkürünü bildirdi və Mərkəzi Asiyanın qardaş xalqlarına sülh, əmin-amanlıq arzu etdi.
                
           
     

    Abdullayev Canəli,   
    Masallı rayonu Qarğalıq kənd Ə.Vəliyev adına tam orta mıəktəbin Dil Ədəbiyyat müəllimi

    PAYLAŞ:

    Oxşar xəbərlər