Azərbaycanın xarici siyasətində Türk dünyası, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi yer tutur. Bu baxımdan dövlətimizin başçısı İlham Əliyevin sentyabrın 14-də Tacikistana səfəri, Düşənbədə Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə fəxri qonaq qismində iştirakı hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunan mövzular sırasındandır. Prezident İlham Əliyevin tədbirə fəxri qonaq qismində dəvəti Azərbaycan-Tackistan əlaqələrinin bugünkü inkişaf səviyyəsinin, həmçinin liderlərin şəxsi münasibətlərinin ölkələrimiz arasında əməkdaşlığın yeni istiqamətlər üzrə daha da möhkəmlnməsində rolunun aydın mənzərəsini yaradır. Ümumilikdə tarixi Zəfərimiz Türk dünyası ölkələri arasında coğrafi bağlantını təmin etmək üçün gözəl imkan yaradıb.
2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatda Zəngəzur dəhlizinin açılması ilə bağlı müddəanın yer alması və onun yerinə yetirilməsi türk dövlətlərini coğrafi baxımdan da bir-birinə bağlayacaq, Şərqdən Qərbə uzanan vahid marşrut xəttini formalaşdıracaq ki, bu da böyük bir coğrafiyada yüklərin rahatlıqla, qısa zaman kəsiyində daşınmasına böyük töhfə verəcək. Prezident İlham Əliyev sözügedən tədbirdəki çıxışında Azərbaycanın nəqliyyat imkanlarından, əlaqələrin daha da möhkəmlənməsi üçün hədəflərdən bəhs etdi. Bildirdi ki, Mərkəzi Asiya və Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasətində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiyə və Avropa bazarları istiqamətində etibarlı tranzit ölkəsidir. Şərq-Qərb marşrutu ilə yükdaşımalarına artan tələbatı təmin etmək məqsədilə Bakı-Tbilisi-Qars dəmir yolu müasirləşdirilir. Gələn il həmin yol ilə daşınan yüklərin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Buna paralel olaraq, Bakı Ticarət Limanının imkanları bugünkü 15 milyon tondan 25 milyon tona qədər artırılır. Azərbaycan Xəzərdə 50-dən artıq gəmidən ibarət ən iri ticarət donanmasına malikdir. Mərkəzi Asiya ölkələrindən yük göndərənlərin artan tələbatını nəzərə alaraq, gəmiqayırma zavodunun imkanlarının genişləndirilməsi üzərində fəal iş aparılır.Qarşılıqlı səfərlər, imzalanan sənədlər əlaqələrin inkişafında stimulverici amildir. Dövlət başçılarını Tacikistan prezidenti Emoməli Rəhmon qarşılayıb. Görüşdə Qazaxstan,Qırğızstan,Türkmənistan, Özbəkstan dövlət başçıları iştirak ediblər.Onların çıxışlarından sonra söz dövlət başçımız İlham Əliyevə verilib.
O,çıxışında ilk öncə 5-ci Məşvərət görüşünə dəvət olunduğu üçün Tacikistan prezidenti Emoməli Rəhmona təşəkkürünü bildirib. Dövlət başçımız çıxşında bu il Tacikistana ikinci dəfə səfər etdiyini bildirib və Tacikstan prezidentinin Azərbaycana səfərini səbirsizliklə gözlədiyini bildirib. Sonra Tacikistan xalqını Müstəqqillik günü münasibətilə təbrik edib. Prezident İlham Əliyev çıxışında :Azərbaycanı və Mərkəzi Asiya ölkələrini xalqımızın çoxəsirlik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsini təşkil edir. Otuz ildən artıqdır ki, biz müstəqil dövlətlər kimi həm ikitərəfli həm də çox tərəfli formatda fəal şəkildə qarşılıqlı fəaliyyət aparırıq. Sonra çıxışında Məşvərət görüşündə ilk dəfə iştirak etdiyini bildirərək əminliklə bildirdi ki, regional əməkdaşlığın bu formatı ölkəmizin və xalqımızın daha da yaxınlaşmasına zəmin yaradacaq. Dövlət başçısı çıxışında onu da qeyd etdi ki, keçən il Azərbaycanın mərkəzi Asiya ölkələr ilə ticarət dövriyyəsi 3d əfədən çox, bu ilin 7 ayı ərzində isə 50 faiz artıb. Birgə sərmayə fondları yaradılıb, növbəti 3 il üzrə 1 milyard dollardan artıq qarşılıqlı sərmayələrin həcmi hazırlanıb. Mərkəzi Asiyadan olan şirkətlərin bu yaxınlarda Azərbaycanda yaradılmış Ələt Azad İqtisadi Zonasına marağını görürük. Nəqliyyat və logistika sahəsi münasibətlərimizdə mühüm yer tutur. Sonra Dövlət başçımız çıxışında Azərbaycan Xəzərdə 50 dən artıq gəmidən ibarət iri ticarət donanmasına malik olduğunu söyləyib. Sonrakı çıxışlarında bir çox məqamlara toxunub. Sonda keçirilən görüşdə iştirak etdiyinə görə təşəkkürünü bildirib və Mərkəzi Asiyanın qardaş xalqlarına sülh , əmin-amanlıq arzulayıb.
Möhtərəm Prezidentimizin çıxışında yer alan fikirlərin hər biri Azərbaycanın xarici siyasətində ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa, ümumilikdə hədəflərə doğru birgə addımlamağa nə qədər böyük önəm verdiyini açıqladı. Azərbaycan hər zaman dünyaya birlik, həmrəylik, əməkdaşlıq mesajını ünvanlayır. Cənab İlham Əliyevin “Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı – SPECA-nın yaradılmasının 25 ili tamam olur. Mən dəyərli dövlət başçılarına rəsmi dəvətləri göndərmişəm və bu ilin noyabrında Bakıda Sammitdə sizi görməkdən məmnun olaram” fikirləri özündə bu məqamları aydın şəkildə ifadə edir.
F. Abbasova,
C.Cabbarlı adına Masallı rayon, Ərkivan qəsəbə 1 saylı tam orta məktəbinin Texnologiya müəllimi