Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq
  • Cəmiyyət

  • Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən Leqal.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Gecə və səhər yarımadanın bəzi yerlərində leysan xarakterli, intensiv olacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 18-23° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 16-20° isti, gündüz 22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər