Bakı Şin Zavodunun yataqxanasının sökülməməsinə dair sərəncamın arxasında kimlər dayanır və niyə gecikdirilir?

Bakı Şin Zavodunun yataqxanasının sökülməməsinə dair sərəncamın arxasında kimlər dayanır və niyə gecikdirilir?
  • Cəmiyyət / Maraqlı

  • Leqal.az bildiri ki,  Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski, küç, ev 138 və 140 -a  indiki (212-214) nömrəli ünvanında yerləşən keçmiş Bakı Şin Zavodunun 2 ədəd qəzalı vəziyyətdə olan dördmərtəbəli yataqxana sakinləri tərəfindən yazılmış və bir nüsxəsidə poçtumuza daxil olmuş şikayət məktubunu təqdim edirik. Şikayətçilər yazır:
     
    ŞİKAYƏT
     
    Bizim bina 1956 - ci ildə inşa edilmiş Bakı Şin Zavodunun işçilərinə orada çalışdıqları üçün verilib. Hal - hazırda binamız uzun illərdirki qəzalı vəziyyətdədir.

    Fövqəladə hallar nazirliyinin verdiyi aktlar əsasında binada yaşayışa icazə belə yoxdur. Hətta orada yaranacaq hər hansı ölüm hadisəsi uçqun hadisəsi olarsa belə məsuliyyəti aidiyyatı üzrə orqan daşıyır.

    Bir sözlə bina başımıza uçur ancaq buna məhəl qoyan yoxdur.

    5-6 il bundan öncə iki binanın həyətində abyekt tikməyə icazə verən Bakı Şəhər Icra Hakimiyyəti vətəndaşların şikayətindən sonra orada tikilini yarımçıq qoydu və gecə ilə həmin yer torpaqla dolduruldu. Sakinlər tərəfindən isə həmin yerə ağaclar əkildi. Indi isə məqam başqa cürdür.

    Hazırda qəzalı vəziyyətdə olan binamızın sakinləri təhlükə ilə üzləşib. Söküntüsünə sərəncam olsada belə, söküntüsünə icazə verməyən Bakı Şəhəri Icra Hakimiyyəti və Gold MMC Rahatlığın Məkanı Tikinti Şirkətinin Rəhbəri Eyvazov Mahir Mətləb oğlu və eləcə də Bakı şəhəri icra hakimiyyətinin tikinti işləri üzrə şöbə müdiri Rəşid Ağayevin sakinlərə söyləmədikləri yalan qalmayıb. Insan nə qədər şikayətə gedər nə qədər qapı döyər amma bir faydası yoxdur. Hər gün bir yalan ilə tikinti şirkətinin rəhbəri və Rəşid Ağayev bizləri aldadır, yalandan vədlər verir yola salır.

    3 il bundan öncəki videosunuda sizə göndəririk bizə yalandan verdiyi vədlərin videou görüntüləri orada açıq, aydın görünür.

    Bildirirəm ki, hazirda binada Şin Zavodun ev növbəsinə duran insanlar, I Qarabağ Müharibəsi Veteranları, Şəhid Nəvələri, Şəhid Ailəsi, Qazisi,II Qarabağ Müharibəsi Veteranları yaşayırlar. Bu durma düşdüyümüz vəziyyətə görə, onlara sual verirəm heç vicdanınızdan utanırsınızmı???

    Bu Məsələni işıqlandırın xaiş edirəm. Artıq bilək ki, bizim də dövlətimiz bizim arxamızdadır. Vəzifəsini icra edə bilməyən məmurlar işləyə bilmirsə onda çalişmasınlar, vətəndaşları aldatmasınlar. Cənab Prezident İlham Əliyevin hər dəfə çıxışlarını izləyirik, hətta özü belə çıxışlarında dəfələrlə vurğulayır ki, sizi o vəzifəyə mən təyin edirəm ki, vətəndaşların problemini həll edəsiniz. Ancaq bunlar tərsinə iş çevrirlər. Öncədən təşəkkür edirəm.

    ***













    PAYLAŞ:

    Oxşar xəbərlər