Gənc startapçı və sahibkarlar üçün “Startup Bootcamp” keçirilib

Gənc startapçı və sahibkarlar üçün “Startup Bootcamp” keçirilib
  • Cəmiyyət

  • Gənclər və İdman Nazirliyinin dəstəyi, “Vətəndaş Cəmiyyətində Debat” (DVC) İctimai Birliyinin “Youth Inc” Sahibkarlıq proqramının təşkilatçılığı ilə Abşeron Olimpiya Kompleksində respublikanın müxtəlif regionundan olan 42 gəncin iştirakı ilə “Startup Bootcamp” layihəsi icra edilib.

    Bu barədə Leqal.az-a ictimai birliyinin mətbuat xidmətindən məlumat verilib.

    Məqsəd gənclərin startap və sahibkarlıq dünyasında öz yerlərini tutmalarına şərait yaratmaq, onların ideyalarının reallaşmasına, inkişafına dəstək olmaqdır.

    “Startup Bootcamp” çərçivəsində iştirakçıların bu sahənin peşəkarları ilə görüşü, idman yarışları, təcrübəli təlimçilər tərəfindən keçirilən “Sahibkarlıq və innovasiya ekosistemində gənclər üçün imkanlar”, “Startup komandasının qurulması”, “İdeyadan biznesə”, “Kommunikasiya bacarıqlarının inkişafı”, “Startup-ın hüquqi aspektləri”, “Sahibkarlar üçün ilkin marketinq anlayışı” və “Səmərəli təqdimat bacarıqları” mövzularında təlimlər və əyləncə və müsabiqələr keçirilib.

    “Startup Bootcamp” vasitəsilə gənclərin startap və innovasiya planlamasına yön verildi. Eləcə də onları maraqlandıran suallara cavab verildi, peşəkar mentorların və təlimçilərin təcrübəsindən faydalanaraq davamlı fəaliyyətin qurulması planlaşdırıldı. Həmçinin layihə çərçivəsində fərqlənən iştirakçılar investisiya əldə etmək və mentorluq proqramından faydalanmaq üçün “Youth Inc” sahibkarlıq proqramının həyata keçirdiyi “Yeni Nəsil 3.0” layihəsinə yönləndiriliblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər