“Bakı Gənclər Debat Forumu: Yaz mövsümü” layihəsi uğurla başa çatıb

“Bakı Gənclər Debat Forumu: Yaz mövsümü” layihəsi uğurla başa çatıb
  • Cəmiyyət

  • “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Respublika Gənclər Debat Forumu” çərçivəsində 11 iyun 2022-ci il tarixində dövlət rəsmiləri, deputatlar və tələbələrin iştirakı ilə “Bakı Gənclər Debat Forumu”-nun final və bağlanış mərasimi həyata keçirilib.

    TədbirdəMilli Məclisin deputatları,Azərbaycan Gənclər Fondunun nümayəndələri, ali təhsil müəssisələrinin prorektorları, təşkilat rəhbərləri və 300-dək tələbə iştirak edib.

    Açılış nitqini edən “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ülviyyə Axundova debatın gənclərin inkişafındakı rolu, debat vasitəsilə yaradılan intellektual mühit, burada qazanılan yeni bilik və bacarıqların vacibliyi, təşkilatın dövlət gənclər siyasətinin bir parçası kimi 23 il ərzində gördüyü işlər, həyata keçirdiyi layihələrin mahiyyəti və “Bakı Gənclər Debat Forumu: Yaz, 2022” barədə danışıb.

    Tədbirdə çıxış edənGənclərlə iş şöbəsinin müdiri Fuad Babayev “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin həyata keçirdiyi debat layihələrinin önəmini, gənclərin debat vasitəsi ilə natiqlik sənətinə, inandırmaq və əsaslandırmaq bacarığına yiyələnməsini vurğulayıb.

    Qeyd edib ki, gənclər forum vasitəsilə indiki dövrdə aktual olan erkən nikahlar, onların fəsadları və cəmiyyət daxilində  maarifləndirilməsinin əhəmiyyətini öyrənirlər. 

    Tədbirin rəsmi hissəsində Milli Məclisin deputatı Jalə Əhmədova, Azərbaycan Gənclər Fondunun icraçı direktorun müavini Qədir Xəlilov,YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov da çıxış edib və təşkilatın fəaliyyəti, debatların və natiqliyin vacibliyini, seçilən mövzuların gənclərin məlumatlılığını artırdığını və inkişafına verdiyi töhfə barədə danışıblar.

    “Erkən nikahların qarşısının alınmasında ailə əsas faktordur” mövzusunda Forum çərçivəsindəyaz mövsümü ərzində qrup və seçmə oyunları keçirilib, Azərbaycan və Rus bölməsi üzrə 17ali təhsil müəssisəsinin debat klublarının natiqlərindən ibarət 52 komanda iştirakedib. 2 gün ərzində davam edən Forumda ümumilikdə isə48 debat oyunu keçirilib, 500-dən artıq gənc maariflənib.

    “Bakı Gənclər Debat Forumu”-nun yaz  mövsümünün final mərhələsində Azərbaycan dili bölməsi üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hələ də ehtimal var” və Azərbaycan Dövlətİqtisad Universitetinin “Dollara Manat” komandaları, rus bölməsi üzrə Azərbaycan Dövlət İqtisad Universiteti “Alpha” və “Rubla-manat” komandaları yarışıb.

    Debat hakimlərinin nəticələrinə əsasən azərbaycan bölməsi üzrə Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Hələ də ehtimal var”, rus bölməsi üzrə Azərbaycan Dövlət İqtisad Universiteti  “Rubla-manat” komandaları qalib elan olunublar.

    Forumun hər iki bölmə üzrə natiqliyi ilə seçilən ümumilikdə ən yaxşı 22 natiqi və də müəyyən olub. Belə ki, azərbaycan bölməsi üzrə Debat Forumun ən yaxşı birinci natiqi Bakı Dövlət Universitetinin tələbəsi Kəmalə Bayramova (63.3 bal), rus bölməsi üzrə isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Məleykə Əbilova (63.7 bal) olub.

    Tədbirdə təşkilatın fəaliyyətini əks etdirən video-çarx nümayiş olunub və ən yaxşı natiqlər, finalçılar, qaliblər mükafatlandırılıb.

    Qeyd edək ki, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin aparıcı və ən kütləvi proqramlarından biri olan “Milli Debat Proqramı” Respublikanın 45 rayonu və böyük şəhərlərini əhatə etməklə, Bakı şəhəri və 13 regional nümayəndəlik, 60-dan çox debat klubu özündə birləşdirir.

    Bu günə qədər Milli Debat Proqramı çərçivəsində həyata keçirilən layihə, tədbirlərdə 50.000-dən artıq gənc iştirak etmiş, maariflənmişdir.

    www.Leqal.Az







    PAYLAŞ:

    Oxşar xəbərlər