Elşən Müslümov: Ağsunun fəxrinə çevrildi

Elşən Müslümov: Ağsunun fəxrinə çevrildi
  • Cəmiyyət

  • Elşən Habil oğlu Müslümov 2 sentyabr 1995ci ildə Bakı şəhəri, Yasamal rayonunda anadan olub.Əslən Ağsu rayonu, Kalva kəndindəndir. O, təhsilini 2002ci ildə 286 saylı orta məktəbdə alib. 2011ci ildə Bakı Humanitar Kollecin “Turizm və otellerin idarə olunması” fakultəsinə daxil olub.

    Uşaq yaşlarından karate ilə məşğul olub və məllimi dünya çempionu Eduard Məmmədov olub.

    Elşən 2014cü ildə Yasamal rayonunda, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində həqiqi hərbi xidmətə yollanib. Xidməti zamanı Çavuş rütbəsiylə təltif olunmuş, həm manqa komandiri, həm də məxfi rabitəçi idi.Təlimlər zamanı atıcılıq üzrə yer tutmuşdur. Əsgərliyini 2016cı ildə Fəxri fərman və təşəkkürnamə ilə başa vurmuşdur.

    Elşən Vətəninə,bayrağına çox bağlı, mərd, igid, qorxmaz oğul idi. Tovuz döyüşlərində General Polad Həşimovun Şəhidliyi onu çox sarsıtmışdı. Qəlbində ki, qisas hissi daha çox böyümüşdü.

    21 sentyabr 2020-ci ildə Elşən hərbi təlimlərə gedir və 27 sentyabrda başlayan Vətən müharibəsi döyüşlərinə qatılır. Hər gün ailəsi ilə əlaqə saxlayıb “Qayidacam məndən narahat olmayın, bu torpaqlara ilk ayaq basanlardan biri olmaq çox qürurvericidir” deyirdi. Axrıncı danışığı oktyabrın 7-si oldu. Çox təəssüf ki, özü qələbə sevincini sonuna qədər yaşamadı. Oktyabrın 8-i Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhidlik zirvəsinə ucalmışdır. Oktyabrın 13-ü II Fəxri Xiyabanda dəfn edilmişdir.

    Elşən müharibədə iştirak etdiyi 12 gün ərzində ailəsinə heç bir söz demirdi, ancaq “hər şey yaxşıdır, biz irəli gedirik” deyirdi.

    Döyüş yoldaşları Elşəni “Cəngavər” ləqəbiylə çağırırlarmış. Dediklərinə görə Elşən bir dəqiqə dincəlmədən ancaq irəli deyərək qabağa getməyə, torpaqlarımızı işğaldan azad etməyə can atırmış. Elşən döyüş zamanı 18 ermənini məhv etmiş və göstərdiyi qəhrəmanlığı, qorxmazlığı dillərə dəstan olmuşdur.

    Ailəli olan Şəhidimizin bir qız övladı Elnaz Vətənə əmanət qalıb. Elşən müharibəyə gedərkən körpə qızı 6 aylıq idi. Övladını ailəsinə əmanət edərək getdi.

    Elşən Müslümov şəhadətindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “Cəsur Döyüşçü” medalları ilə, ve “3cu dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.

    Abşeron rayonu Hökməli qəsəbəsində Müslümov Elşənin adı verilən küçədə, ailəsi tərəfindən əziz xatirəsinə abidə ucaldılmışdır.

    Bununla yanaşı, məzun olduğu 286 saylı məktəbin rəhbərliyi tərəfindən şəhidlərlə birgə abidə kompleksi və xatirə muzeyi yaradılmışdır. Bu muzeydə Elşənin və şəhid qardaşlarının hərbi geyimləri və əşyaları qorunub saxlanılır.

    Dövlət tərəfindən Şəhid Müslümov Elşən adını əbədiləşdirərək, Bakı şəhəri Yasamal rayonunda doğulub, böyüyüb, boya-başa çatdığı küçəyə, həmçinin Abşeron rayonu Hökməli qəsəbəsində küçələrin birinə adı verilmişdir.

    www.leqal.az


    PAYLAŞ:

    Oxşar xəbərlər