Ötən həftə dünyasını dəyişən tanınmış telejurnalist Natəvan Babayevanın Təzəpir Məscidinin mərasim evində təşkil olunan yas mərasimində ailə üzvləri, yaxınları ilə yanaşı media nümayəndələri, həmkarları da iştirak ediblər, onu ən xoş xatirələrlə anıblar.
Qeyd edək ki, bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Natəvan Babayeva iyulun 20-si vəfat edib və doğulduğu Salyan rayonunun Parça Xələc kənd qəbiristanlığında dəfn olunub.
Xatırladaq ki, N.Babayeva 1977-ci ildə Salyan rayonunun Parça Xələc kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTV-də aparıcı işləyib.
Allah rəhmət eləsin!