Ölkə ərazisində müşahidə olunan qeyri-sabit yağıntılı hava şəraiti iyulun 18-i gündüzədək davam edəcək.
Leqal.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.
İyulun 18-i gündüzdən hava şəraitinin sabitləşəcəyi, 19-20-də əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu tədricən yüksələcək.