Bu gün bir çox vətəndaşlarımız təhsil almaq üçün bir çox xarici dövlətlərin universitetlərinə üz tuturlar. Və universiteti bitirib, diplom aldıqdan sonra vətənə dönürlər.
Belə şəxslərdən biri də "Yeni Azərbaycan naminə " qəzetinin və " Yenian.az " saytının baş redaktoru, hüquq müdafiəçisi Ramazan Bağırovdur.
Azərbaycanın tanınmış politoloqlarından olan Ramazan Bağırov 3-cü Ali təhsilini Rusiya Federasiyasında yerləşən "Kalmık Dövlət Universiteti"nin bu il (30.06.2023) məzunu oldu.
Onu da qeyd edim ki, Ramazan Bağırov ixtisasca hüquqşünas və politoloqdur. Hazırda isə o, "Tarix" ixtisasına yiyələnmişdir.
Eyni zamanda, ziyalımız R.Bağırov "YANSİ" ictimai birliyinin sədri və təhsil ekspertidir.
Onun politologiya sahəsində bir neçə siyasi yazıları və siyasi nəzəri fikirləri vardır.
1947-1991-ci ildə başlanan və SSSR-ə qarşı yönələn soyuq müharibə haqqında da geniş nəzəri fikirlər bildirmişdir. Onun verdiyi proqnozlar daim öz təsdiqini tapır. Buna misal olaraq, Azərbaycan-Ermənistan müharibəsinin başlanacağını 6 ay öncə bildirmişdir.
Rusiya-Ukrayna müharibəsinin başlanacağını isə, o, savaşdan 1 il qabaq proqnoz vermişdir.
Ramazan Bağırovun "Kalmık Dövlət Universiteti"ni seçməsi onun bu diyara bağlılığından xəbər verir. O, Kalmıkiyanı özünün 2-ci ana vətəni hesab edir.
Universitetin güclü və intellektual müəllimlərinin olması Ramazan Bağırovun tarix sahəsində formalaşmasına böyük təkan vermişdir.
Kalmık Dövlət Universitetinin rektoru, hörmətli Badma Salayevin xarici tələbələrə göstərdiyi diqqət və qayğısı danılmazdır.
Eyni zamanda, mehriban kollektivdə çalışan Kermen Yevgenyevna, Olqa Nikolayevna, Yevgeniy Ubuşayev və Aldar İvanoviçin adını qürur hissi ilə çəkmək düzgün olardı.
Onu da qeyd edim ki, Ramazan Bağırov "Hüquq, Politoloq və Tarix" ixtisası üzrə bakalavr təhsilini bitirsə də, magistr üzrə təhsilini isə davam etdirir.
Gənc ziyalımız Ramazan Bağırovu 3-cü Ali təhsilini bitirdiyinə görə təbrik edirik və ona karyerasında müvəffəqiyyətlər arzulayırıq.