Qəbələ rayonunda din xadimlərinin iştirakı ilə “Din və həmrəylik” adlı layihənin açılış mərasimi baş tutub

Qəbələ rayonunda din xadimlərinin iştirakı ilə “Din və həmrəylik” adlı layihənin açılış mərasimi baş tutub
  • Cəmiyyət

  • İyulun 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Qəbələ rayonunda “Din və həmrəylik” adlı üçgünlük seminar öz işinə başlayıb.

    Tədbir Qurani-Kərimin tilavəti və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Şəhidimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin hörmət və ehtiramla yad edilib.

    Layihənin əsas məqsədi ölkəmizdə vəhdət ənənəsinin qorunması, tarixi köklərə və milli təfəkkürə əsaslanan tolerant, multikultural mühitin gücləndirilməsi, eləcə də məzhəblərarası münasibətlərin inkişafına töhfə verməkdir.

    Layihədə Qəbələ rayonundan olan din xadimləri ilə yanaşı, Lənkəran şəhəri, Astara və Lerik rayonlarından olan din xadimləri də iştirak edir.

    Qeyd edək ki, 4-6 iyul  tarixlərini əhatə edən üçgünlük layihə çərçivəsində Qəbələ rayonunun dini-tarixi, mədəni abidələrinin ziyarəti, həmçinin birgə namazın qılınması, ekspertlər tərəfindən mühazirələrin dinlənilməsi nəzərdə tutulur.

    Müəllif: Leqal.az


    PAYLAŞ:

    Oxşar xəbərlər