Azərbaycanda daha dörd nəfər COVID-19-a yoluxub

Azərbaycanda daha dörd nəfər COVID-19-a yoluxub
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 yeni yoluxma faktı qeydə alınıb, 3 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən yoxdur.

    Azərbaycanda indiyədək ümumilikdə 831 938 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 821 624 nəfər müalicə olunaraq sağalıb, 10 282 nəfər vəfat edib, aktiv xəstə sayı 32 nəfərdir.
    Ölkədə son sutka ərzində 501, hazırkı dövrədək isə 7 642 602 test aparılıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər