Müstəqillik illərində Azərbaycan-Pakistan əlaqələrinin inkişafı, müxtəlif sahələrdə münasibətlərimizin genişləndirilməsi daim yüksələn xətlə inikas etmişdir. Türkiyə ilə yanaşı, Pakistan da ötən 30 il ərzində Azərbaycan torpaqlarını işğal etdiyinə görə işğalçı Ermənistanla diplomatik münasibətlər qurmayan və müxtəlif tribunalardan işğalçı ordunun Azərbaycan ərazilərindən çıxarılmasını tələb edən ikinci dövlətdir. Öz növbəsində, Azərbaycan da Kəşmir problemində İslamabadın mövqeyini daim dəstəkləyib və ölkəmizin iştirak etdiyi layihələrdə Pakistanın da tam iştirakı üçün ona hərtərəfli dəstək verib. Bundan başqa, Pakistanın Azərbaycan hərbçilərinin hazırlığında oynadığı rol və ölkəmizin maraqları naminə, İslam dövlətlərinə təsir imkanları da vacib amildir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif iyunun 15-də mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti bəyanatla çıxış edərək bildirmişdir ki,
Pakistan və Azərbaycan ölkələri arasında olan münasibətləri iki qardaş ölkə arasında olan münasibətdir . Pakistan dövləti 44 günlük Vətən müharibəsi zamanı bizə güclü dəstək göndərdir. Prezident iki ölkə arasında ticarət əlaqələrinin eləcə də energetik sahədə əlaqələrin gücləndirilməsi hər iki ölkə üçün öz töhfələrini verəcəyini bildirmişdir.
Bu gün Azərbaycanda təhsil alan Pakistandan olan tələbələrin sayı 750 nəfərə çatmışdır.Eyni zamanda azərbaycanlı tələbələr də Pakistanda təhsil alırlar.
Cənab prezident onu da vurğulayıb ki, müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək və birgə hərbi təlimlərin sayını da artırmaq lazımdır. Dünyada baş verən siyasi böhran,qeyri sabitlik onu deməyə əsas verir ki, güclü hərbi potensial müstəqilliyin və ərazi bütövlüyünün qarantıdır. Ərazi bütövlüyü, təhlükəsizlik və firavanlıq ölkənin iqtisadi və hərbi gücü ilə bağlıdır. Bu məsələlərdə Azərbaycan və Pakistan arasında qarşılıqlı anlaşma var. Pakistan və Azərbaycan hər zaman çiyin-çiyinə dayanan ölkələr olubdur.
Cənab Baş nazir, səfərə gəldiyinizə görə Sizə bir daha təşəkkür edirəm. Mən Sizinlə görüşlərimizi hər zaman məmnunluqla xatırlayıram və biz bütün məsələləri müzakirə edirik. Eyni zamanda, Pakistan xalqını da təbrik etmək istəyirəm ki, Sizin kimi böyük təcrübəyə və siyasi baxışlara malik olan insanı hakimiyyətə gətirib. Siz ölkənizin inkişafına bağlı olan insansınız və onun müstəqilliyini gücləndirmək üçün səy göstərirsiniz. Əminəm ki, Sizin rəhbərliyinizlə Pakistan və qardaş Pakistan xalqı daha da böyük uğurlar, nailiyyətlər əldə edəcəkdir.
Xanım Əliyeva,
Masallı rayonu Mahmudavar kənd tam orta məktəbin direktoru