Ulu Öndər Heydər Əliyev və Azərbaycan Ziyalıları

Ulu Öndər Heydər Əliyev və Azərbaycan Ziyalıları
  • Cəmiyyət

  • Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Bütün sahələrə, o cümlədən,  elm və təhsilə diqqət və qayğı daha da artırıldı. Bu təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir, fundamental və humanitar elmlərə mühüm əhəmiyyət verilməsindədir.

    Məhz buna görə də Ümummilli Lideriin rəhbərliyi ilə respublikamızın iqtisadi potensialının gücləndirilməsi, elm və təhsilin inkişafı ilə paralel aparılırdı. Heydər Əliyevin rəhbərliyi dövründə illər Azərbaycanın tarixinə elmin və təhsilin tərəqqi dövrü kimi daxil oldu. Təkcə paytaxtımızda deyil, respublikamızın ucqarlarında da yüzlərlə məktəb, mədəniyyət evi, kitabxana, uşaq bağçası tikildi. Bütün sahələrində görünməmiş uğurlar qazanıldı.
    1993-cü ilin iyununda xalqın istəyi ilə Heydər Əliyevin yenidən hakimiyyətə qayıtması Azərbaycan mədəniyyətinə yeni ab-hava gətirdi. Təhsil işçiləri, ziyalılar dövlətin yüksək qayğısı ilə əhatə olundular. 

    Azərbaycan xalqının Ümummilli Liderii Heydər Əliyevə iki fərqli dönəmdə Azərbaycana rəhbərlik etmək nəsib olmuşdur – sovet dövründə  və Azərbaycan müstəqillik qazandıqdan sonra. Hələ 1969-cu ildən Azərbaycana rəhbərlik etdiyi illərdə respublikanın hər sahədə uğurunun, əməli işlərinin başlanğıcı qoyuldu. Ulu öndər dövlət quruculuğunda alimin, ziyalının mövqeyini yüksək qiymətləndirir, dövlətçilik ənənələrinin qorunmasında onların fəallığına önəm verirdi. Ziyalılığın ali vəzifəsini, məramını o, milli ədəbiyyatı, musiqini, mədəniyyəti, mənəviyyatı qoruyub saxlamaqda görürdü. Heydər Əliyev bilirdi ki, zamanın nəbzini hamıdan əvvəl və düzgün tutan, dövlətin  siyasi yolunu anlayan, onu axarından çıxmağa qoymayan təbəqə  ziyalı təbəqəsidir.  Bu təbəqə Ümummilli Lideriin rəhbərlik etdiyi dövrdə onun arxasınca getmiş, dil, əlifba, mədəniyyətlə bağlı qərarlarının icrasını dəstəkləmişdir.

    Ölkə rəhbərinin fəaliyyətində elmin inkişafı öncül yerlərdən birini tuturdu. Gənc istedadlı alimlər Rusiya və Avropa ölkələrinə ali məktəblərə, müxtəlif elm ocaqlarına təcrübə keçməyə göndərilirdi, bu da Azərbaycan alimlərinin  ixtiralarının, kəşflərinin, elmi yeniliklərin çəkisini, sayını artırırdı.
                 
    Heydər Əliyevi ziyalının nüfuzu, şəxsi siması həmişə narahat edirdi. Onun fikrincə, ziyalıdan danışarkən kütləvi şəkildə düşünmək olmaz. “Alim, şair, bəstəkar, rəssam, yazıçı, artist – bunlar fitri istedada malik olan nadir adamlardır və öz mədəniyyəti, yaradıcılığı, fəaliyyəti  ilə bizim cəmiyyətin mədəni səviyyəsini  qaldırırlar. Bu adamları təhqir etmək, onlara hörmət etməmək son illərdə  cəmiyyətimizdə olan əcaiblikdir. Ziyalının hörməti qalxmalıdır,  müəllimin hörməti qalxmalıdır,  şairin, yazıçının, alimin hörməti qalxmalıdır.  Onlar hörmətli olmalıdırlar həmişə.  Bu bizim cəmiyyətdən asılıdır, bizdən asılıdır. Biz öz hərəkətlərimizlə,  öz münasibətlərimizlə,  öz tədbirlərimizlə gərək ziyalıların cəmiyyətdə hörmətini qaldıraq”.

    Heydər Əiyev Azərbaycan elminin, Azərbaycan ziyalısının dünyada tanıdılmasının tərəfdarı idi.  O, Azərbaycan Elmlər Akademiyasına, Akademiyanın yetişdirdiyi alimlərə qiymət verir, uğurlarını dəyərləndirirdi. “Xalqın iftixarı, fəxri” saydığı Elmlər Akademiyasını o, Azərbaycanın çoxəsrlik fəaliyyətində mühüm hadisə sayırdı. Onun fikrincə, “akademiya bizim ən yüksək elmi müəssisəmizdir, bütün  elmin zirvəsində  duran  təşkilatdır”.  O,  akademiyanın qarşısında dövlət müstəqilliyinə xidmət etmək  və Azərbaycan elminin  inkişafında aparıcı rol oynamaq tələbini qoyurdu. O, alimlərlə görüşür, onların  üzərindən qayğısını əsirgəməyəcəyini bildirirdi.
    Heydər Əliyev bir tarixçi, iqtisadçı, filosof, politoloq, sosioloq, alim kimi elm sahələrinin yenidən tədqiqinin, alimin, ziyalının missiyasını rəhbər fəhmi ilə dərk etmiş və bu sahədə dövlət əhəmiyyətli  qərarlarla Azərbaycan elminin və aliminin dünyada tanıdılmasına nail olmuşdur. 
                   


    Ceyhun Hüseynov,
    Masallı RMX İƏ üzrə mütəxəssis

    PAYLAŞ:

    Oxşar xəbərlər