Çoxları onu özünə dost, həmsöhbət, agsaqqal sayır. Ələşrəf Nuru oğlu Niftiyev Masallıda, hətta onun hüdudlarından kənarda belə tanımayan demək olar ki, yoxdur. Yüksək etikalı, geniş dünyagörüşlü və hər tərəfli məlumatlılığı ona şöhrət qazandırmışdır.
2023-cü ilin iyun ayının 21-i bu nüfuzlu ağsaqqal və ziyalının 78 yaşı tamam olur.
O, həm də 17 kitabın, yüzlərlə iri həcmli yazını müəllifidir. Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri təşkilat rəhbərini səmimi təbrik edir, can saglıgı arzulayır. Allah verən ömrü yaşa, əziz qardaşımız vəməsləkdaşımız.
Ələşrəf Niftiyev 1945-ci ildə Masallı şəhərində anadan olmuşdur. 1961-ci ildə 2 saylı Masallı şəhər orta məktəbini, 1963-cü ildə Lənkəran Pedaqoji Texnikumunu, 1970-ci ildə M. F. Axundov adına Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rus dili fakultəsini bitirmişdir.
Əvvəllər pedaqoji sahədə çalışmış, müxtəlif fəxri adlara və təltiflərə layiq görülmüşdür. 1968 – 74 - cü illərdə Masallı rayon Komsomol Komitəsində təşkilat şöbəsinin müdiri, sonradan I katib vəzifəsində işləmişdir. İki il Masallı rayon Partiya komitəsində təşkilat – partiya işi şöbəsində, 1976-77-ci illərdə yerli “ Çagırış” qəzetində şöbəyə rəhbərlik etmişdir. Rayon və şəhər sovetlərinin deputatı seçilmişdir.
1993- 2009- cu illərdə 16 il Masallı rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 2007 –ci il tarixli sərəncamı ilə dövlətqullugunda uzun müddət səmərəli və qüsursuz fəaliyyətinə görə III dərəcəli “ Vətənə xidmətə görə “ ordeni ilə təltif edilmişdir.
Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, “Qızıl qələm “ və H.B. Zərdabi media mükafatı laureatıdır. Tanınmış ədib və ictimai xadimdir. Masallı Rayon Agsaqallar şurasının sədridir.
İbrahim Şükürov,
Masallı Rayon Agsaqqalar Şurasının mətbuat katibi.