Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15 –də Şuşada imzalanan Bəyannamə ilə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətin artırır, qardaşlığın yeni tarixi mərhələsidir. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkəmiz arasında münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edəcəkdir. Bu tarixi sənəd ölkələrimiz arasında müttəfiqlik əlaqələri , siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq , iqtisadiyyat, enerji təhlükəsizliyi , ordu quruculuğu və digər strateji sahələri əhatə edir.
Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır, inteqrasiya proseslərini stimullaşdırır. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb. 20-ci əsrin əvvəllərində Atatürk demişdir ki, Azərbaycanın “Sevinci sevincimiz, kədəri kədərimiz”dir. 20-ci əsrin sonlarında isə Heydər Əliyev bu gün də dillər əzbəri olan “Bir millət , iki dövlət “ kəlamı ilə bu dostluğun və qardaşlığın nə qədər önəmli olduğunun göstəricisidir. Müdafiə sahəsində əməkdaşlıq, hərbi yardım məsələlərinin bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələrimiz bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcəkdir. Müdafiə sənayesi sahəsində əlaqələri, inkişafı ölkələrimizin hərbi qüdrətini artıracaqdır. Şuşa Bəyannaməsi imzalanarkən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu sənədin tarixi əhəmiyyətini vurğulayarkən demişdir: tarixi “Qars müqaviləsi” düz yüz il bundan əvvəl imzalanıb və bu müqavilə böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşada müttəfiqlik müqaviləsini imzalanması bizim gələcəkdə iş birliyimizin istiqamətini göstərir. Bəyannamədə bir çox önəmli məsələlər öz əksini tapıb. Bəyannamə Ermənistandakı revanşist qüvvələrə də çox mühüm ismarıc verir. Şuşa Bəyannaməsi ilə Türkiyə açıq şəkildə Azərbaycanın ərazi bütövlüyünü pozulması , dövlət sərhədlərinə təhdid kimi halların baş verməsi halında ordu ilə ölkəmizin yanında yer alacağını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır.
“Bəyannamənin ən mühüm müddəalarından biri də xaricdə yaşayan türk və Azərbaycan icmaları arasında informasiya mübadiləsini artırmaq və diplomatik səyləri birləşdirməkdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sferasında birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsinə zərurət yaranıb. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlər aparılması üçün vacib olan aşağıdakı məsələlər bəyannamədə öz əksini tapıb. Bu müddəalar iki ildir ki çox yüksək səviyyədə həyata keçirilir və Azərbaycan –Türkiyə qardaşlığını dünyaya çatdıran ən mühüm mesaj olaraq qəbul edilir.
Yaşasın Türkiyə - Azərbaycan qardaşlığı!
Natiq Fərəcov,
Həsənli kənd sakini