Ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının yetirdiyi nadir şəxsiyyətlərdən biri kimi milyonların qəlbində yaşayır. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən ulu öndər ən çətin maneələrə, problemlərə mərdliklə sinə gələn millət fədaisi kimi böyük ehtiramla xatırlanır. Heydər Əliyev Azərbaycan tarixinə silinməz iz qoymuş böyük şəxsiyyət, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.
Heydər Əliyev Azərbaycanın inkişaf yolunu müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin əsaslarını işləyib hazırlamış, milli ruhun və ideologiyanın yüksəlişinə təkan vermişdir. Xalqımız hər il 15 iyun - Milli Qurtuluş Gününü təntənə ilə qeyd edirlər. Bu gün bütün içtimaiyyət dərin iftixar və qürur hissi keçirir. Çünki Heydər Əliyevin gərgin əməyi sayəsində Azərbaycan iqtisadiyyatı və sosial sahələri surətlə inkişaf etmiş, içtimai-siyasi sabitlik bərqərar olmuşdur. Çünki, Ümummilli lider Heydər Əliyevin böyük idarəetmə bacarığının, qətiyyətinin səmərəli bəhrəsidir. XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993- cü ilin iyununda kulminasiya həddinə çatdı və xaos bütün respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə qalxmış qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı.
1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq dövrü kimi xatırlanırdı. Bütün bunlar isə həmin dövrdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsinə görə baş vermişdir. 1993-cü il iyunun 9-da Ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi hansı ki, bəlalardan və müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi Xalqımızı nicata aparan yol həmin gündən başlandı. İyunun 15-də isə Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi və böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürdü. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş addımlar atılır. Bu günkü gündə Azərbaycan yüksək sürətlə inkişaf edir. Bir sözlə, ümummilli lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir.
Məhəmməd Hüseynov,
“Masallı Gənclər Evi” sosial xidmət müəssisəsinin dərnək rəhbəri