Bakıda 33 dərəcə isti olacaq

Bakıda 33 dərəcə isti olacaq
  • Cəmiyyət

  • İyunun 12-də gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Leqal.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir. Şimal küləyi əsəcək.

    Havanın temperaturu gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.

    Azərbaycanın rayonlarında əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 9-14° isti, gündüz 15-20° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər