Vüqar Zeynalov Badamdar qəsəbə sakinləri ilə görüş keçirib

Vüqar Zeynalov Badamdar qəsəbə sakinləri ilə görüş keçirib
  • Cəmiyyət

  • Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən Heydər Əliyev parkında sakinlərlə görüş keçirmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHBA-nın məsul əməkdaşları, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və sakinlər iştirak etmişlər.

    İlk öncə müasir və müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək xatirəsi ehtiramla yad edilmişdir.

    Görüş zamanı dövlətimizin vətəndaşlarla bağlı apardığı uğurlu siyasətin və görülən işlərin təməlində vətəndaş məmnunluğunun dayandığını bildirən Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırıq və göstərişlərinə uyğun olaraq Səbail rayonunda, o cümlədən Badamdar qəsəbəsində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, sakinlər tərəfindən qaldırılan məsələlərin, edilən müraciətlərin müsbət həllininin tapması istiqamətində həyata keçirilən tədbirlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə ətraflı məlumat vermişdir.
    Görüş zamanı qəsəbə sakinlərinin problemləri ilə maraqlanan RİH başçısı Vuqar Zeynalov onları narahat edən məsələlərin həlli ilə bağlı əlaqədar qurum və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar vermiş və onların həlli nəzarətə götürülmüşdür.

    Sakinlər Badamdar qəsəbəsində aparılan abadlıq-quruculuq işlərindən razılıqlarını ifadə edərək, göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirmişlər.

    PAYLAŞ:

    Oxşar xəbərlər