Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə baglı Respublikamızda və ölkəmizin hüdudlarından kənarda keçirilən müxtəlif kütləvi tədbirlərin Msallıda da geniş şəkildə aparılması hər bir azərbaycanlıda ümummilli liderimizin dünya siyasətçiləri arasında qazandığı geniş nüfuzundan və xidmətlərindən xəbər verir.
Tanınmış şəxsiyyət Heydər Əliyev respublikamıza iki dəfə rəhbərliyi dövründə Moskvada keçmiş SSRİ rəhbərlərindən biri olaraq bütün vəzifələr başında insanın, vətəndaşın şəxsi ləyaqətinə hörmət ağsaqallara və cəmiyyətin bütün zirvələrinə diqqət və qayğı ilə də fərqlənmişdir.
Masallı Rayon Ağsaqqallar Şurası Vətənimizin tərəqqisi naminə çalışır, gənclərimizin milli-mənəvi dəyərlərimizə hörmət və vətəpərvərlik ruhunda yetişdirilməsi üçün əlindən gələni edir.
Heydər Əliyev ili münasibəti ilə təsdiq edilmiş tədbirlər planı əsasında rəhbərin irsinin təbliğatına əsaslanan şura və idarə heyəti təkcə son bir ayda şura üzvlərində Xıl və Türkoba kəndlərində yaradıcı agsaqqalarından olan Tahir Hüseynov və İsa İbadovun yubileylərinə qatılmış təşəkkür məktubları fəxri fərman və hədiyyələrlə rəğbətləndirilmişdir.
Bunula yanaşı şuranın rəhbərliyi kitab və əl işləri sərgiləri ədəbi – bədii kompazisiya nümayişləri idmanın müxtəlif növləri üzrə respublika birinciliyinin və müsabiqələrin qalibləri olan məktəbli və yeniyetmə gənclərin valideynlərinə razılıq və təbrik dolu göndəriş israrla qeyd edilmişdir.
Belə tədbirlərin bundan sonra da vaxtaşırı davam etdiriləcəkdir.
İbrahim Şükürov,
Masallı Rayon Agsaqqallar şurasının mətbuat katibi.