Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi Şuşa şəhərində keçrilmişdir

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi Şuşa şəhərində keçrilmişdir
  • Cəmiyyət

  • 10 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumilli Lider Heydər Əliyevin 100 illiyi münasibətilə Şuşa şəhərindən müraciət edib.Prezident qeyd etmişdir ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Azərbaycan öz böyük dahisinin xatirəsinə hörmətlə yanaşır. Azərbaycan Xalqı Ulu Öndərin arzusunu çin etdi. Onun ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Ulu Öndər hər zaman öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır.20 Yanvar faciəsindən sonra yenə də xalqımızın haqq səsini dünyaya məhz Ulu Öndər Heydər Əliyev çatdırmışdır. Bu ərəfələrdə də böyük dahi Azərbaycanı qorumaqda davam edirdi.Azərbaycanın müasir siyasi sistemi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Doxsanıncı illərin əvvəllərində hakimiyyətdə  olanlar ancaq şəxsi mənafeyi güdürdülər. Talançılıq, soyğunçuluq edirdilər.Xaos anarxiya torpaqlar əldən gedirdi. Belə bir ağır dövrdə xalq ayğa qalxdı və Azərbaycan Öz böyük oğlu Heydər Əliyevə səsləndi. Xalqın tələbi ilə Naxçıvandan Bakıya gələn Heydər Əliyev Azərbaycan dövlətinin xilaskarına çevrildi.Ulu Öndərə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha göstərdi.1994-cü ildə "Əsrin Kontraktı" ölkəmizin inkişafında növbəti bir dönüş nöqtəsi idi. Bu hadisədən iki həftə sonra Azərbaycan da dövlət çevrilişinə cəhd edildi. Cəhdin qarşısı alındı 1995-ci ilin mart ayında dövlət çevrilişinə ikinci dəfə cəhd edildi. Yenə də Ulu Öndərin ətrafında sıx birləşən xalq bu cəhdin də qarşısını aldı.
                   
    Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycanın Prezidenti kimi misilsiz xidmətləri vardır. O öz xalqına  sıx bağlı olan bir adam idi.Ulu Öndərin ordu quruculuğunda çox böyük xidmətləri olmuşdur.Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz hədəflərinə nail olmuşdur. Ulu Öndərin neft strategiyaları bu gün imkan verir ki, biz Qarabağı ,Zəngəzuru yenidən quraq .Ölkəmizin geosiyasi önəmi böyük dərəcədə artıb.Azərbaycan Ulu Öndərin yolu ilə gedərək öz dövlət müstəqilliyini daha da möhkəmləndirib.Müstəqillik ən böyük dövlətdir, ən böyük sərvətdir. Azərbaycanda bütün azadlıqlar təmin edilir.Ölkəmizin beynəlxalq nüfuzu yüksəlib.Son 20 ildə Azərbaycan qədər sürətlə inkişaf edən ikinci bir ölkə yoxdur.Azərbaycan bütün qərarları müstəqil şəkildə qəbul edir.Sosial sahədə böyük irəliləyiş olub.Köçkünlər artıq Öz torpaqlarına qayıtmağa başlayıblar.
                 
    İkinci Qarabağ savaşından sonra ordu quruculuğu məsələlərində biz dayanmadan, irəliyə getdik.Çünki biz daim hazır olmalıyıq.Ordumuz dünyanın ən güclü ordu sırasındadır.Qarbağı azad görmək Heydər Əliyevin və bütün dünya azərbaycanlılarının ən böyük arzusu idi.Biz bu arzunu yerinə yetirdik .
                 
    Ümummilli Liderin layiqli davamçısı olan İlham Əliyevin bütün sahələrdə apardığı uğurlu siyasət Vətən həsrəti ilə yaşayan Qərbi azərbaycanlılara ən böyük təsəlli və bizim haqq işimizin öz həllini tapacağına zəmanətdir. Ata vəsiyyətini yerinə yetirib Şuşa şəhəri daxil olmaqla Azərbaycan torpaqlarını yadelli işğalından azad etmiş Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu gün məhz həmin şəhərdə Ümummilli Liderin 100 illik yubileyini qeyd etməsi, haqq-ədalətin təntənəsi və çox mənalı tarixi hadisə olaraq biz Azərbaycanlıları gələcəyə daha nikbin baxmağa inandırır.

        

    Müşfiq Qurbanov,
    Masallı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçi


    PAYLAŞ:

    Oxşar xəbərlər