Bakıda və Abşeron yarımadasında mayın 14-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 8-12, gündüz 13-16 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində, 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14, gündüz 15-19, dağlarda gecə 0-3, gündüz 3-5 dərəcə isti olacaq.