Hər xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar vardır. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı araxasınca aparıb, ən taleyüklü məqamlarda qalıb rol oynamışdır. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka fitri istedad sahibi, müdrik dövlət xadimi kimi yaddaşlara həkk olmuşdur.
1990-1993-cü illər. Azərbaycanda doğan günəşi şüaları artıq sönmə məqamına çatmışdır. 1991-ci ildə Heydər Əliyevin Azərbaycana, öz doğma yurdu Naxçıvana dönüşü bu günəşin yenidən parlamasına səbəb oldu. Bununla da Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ağır günlərdə xalqının çox saylı müraciəti əsasında Heydər Əliyev ölkə rəhbərliyinə qayıdaraq Azərbaycan Respublikasının məhv olmaqdan xilas etmək üçün bu çətin vəzifəni öz üzərinə götürdü.
Xalq bütün ümidini Heydər Əliyevə bağlamışdı. 1992-ci ilin noyabrında Naxçıvan da Heydər Əliyevin sədrliyi ilə yeni Azərbaycan Partiyası yaradıldı. 1993-cü ilin oktyabrında Azərbaycan xalqı Heydər Əliyevi alternativ səs çoxluğu əsasın da Azərbaycan Respublikasının Prezidenti seçdi.
İlk növbədə oyuncağa çevrilmiş silahlar toplanaraq qardaş qırğının qarşısı alındı. 1994-cü ildə torpaqlarımızın işğal olunmasını dayandırmağ üçün atəşkəs elan olundu. Elə həmin ildə də Azərbayanın iqtisadi dirçəlişinə təkan verə biləcək “ Əsrin müqaviləsi”, neft müqaviləsi imzalandı. Bir çox xarici dövlətlərdə iqtisadi, siyasi əlaqədar və müqavilələr Azərbaycan dövlətinin möhkəmləndirilməsi səbəb oldu.
Bundan başqa Azərbaycan bütün dünyaya tanıtmaqla yanaşı həmçinin hərtərəfli inkişafına təkan verdi. Bu baxımdan qətiyyətlə deyə bilərik ki, ulu öndər Heydər Əliyev müasir Azərbaycanın qurucusu və memarıdır.
Artıq Ümummilli Lider Heydər Əliyevin anadan olmasından 100 il ötür. Lakin onun bizə miras buraxdığı, qurucusu və memarı olan bütöv Azərbaycan dövləti dahi siyasətçinin övladı və davamçısı ölkə başçısı cənab İlham Əliyevin yüksək başçılığı ilə davam etməklə həm də inkişaf etdirilir. Həmçinin dövlət başçısının yüksək gösdərişi əsasında Heydər Əliyevin 100 illiyinə həsr olunmuş genişmiqyaslı tədbir və lahiyyələr həyata keçirilməkdədir.
Canəli Abdullayev,
Masallı rayonu Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbin Dil-ədəbiyyat müəllimi