Mayın 3-də Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması- keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edib. Prezidentimiz öz çıxışında bildirmişdir ki, Bu il Ulu Öndərimizin yüzillik yubileyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli” elan edilib. İl ərzində biz müstəqil Azərbaycanın qurucusunun xatirəsinə ehtiram əlaməti olaraq və eyni zamanda, daxili siyasətimizin vacib məsələlərinə, regional inkişaf proseslərinə və beynəlxalq məsələlərə toxunaraq Azərbaycanda və xaricdə çoxsaylı tədbirlər, konfranslar təşkil edirik. Biz Heydər Əliyevin 100 illik yubileyini, sadəcə, rəsmi xarakter daşıyan tədbirlərin keçirilməsi ilə qeyd etmək istəmirik. Biz bunu xüsusi diqqət tələb edən real məsələlərin müzakirəsi ilə qeyd etmək istəyirik, çünki regiondakı geosiyasət dəyişib və konfransın mövzusu da bu məsələni əhatə edir.
Heydər Əliyev həmişə Azərbaycan xalqının maraqlarını qoruyan bir şəxs olmuşdur və bunu zamana, siyasi vəziyyətə baxmayaraq etmişdir. Sovet Azərbaycanı dönəmində 10 ildən artıq müddətdə Sovet Azərbaycanının rəhbəri olanda və hətta ideoloji əngəllər çərçivəsində o, Azərbaycan xalqının maraqlarını qoruyurdu və milli kimliyimizi saxlaya bilməyimiz üçün əlindən gələni etməyə çalışırdı. Yetmişinci illərdə və səksəninci illərin əvvəlində onun tərəfindən atılmış bir çox addıma nəzər salsaq görərik ki, onlar Azərbaycanın müstəqilliyinə hədəflənmişdir.
Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa Bəyannaməsi burada, Şuşada imzalanmışdır. Bu, tarixi hadisə idi. Buna baxmayaraq, Azərbaycanla Türkiyə arasında münasibətlər de-fakto müttəfiq münasibətləri idi və biz bunu xüsusi olaraq son iyirmi ildə nümayiş etdirmişdik. Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim münasibətlərimiz mənim onunla birgə səylərimiz nəticəsində təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda, müttəfiqlər arasında olan münasibətlərə çevrilmişdir. Biz bunu dəfələrlə nümayiş etdirmişik.
Cənab Prezidentin çıxışında qeyd etdiyi Siyasətdə üstün münasibətə heç bir haqq qazandırıla bilməz, hansısa ölkələr daha yaxındırsa, hansısa ölkələr o qədər də yaxın deyilsə. Baxmayaraq ki, de-fakto kimin yaxın olduğu da sual altındadır. Həmçinin düşünürəm ki, erməni lobbisinə bütün istinadlar, müəyyən mənada haqq qazandırmalar və ya üzrxahlıqlar da həddən artıq şişirdilib. Bu, mövqeyini açıq şəkildə ifadə etmək istəməyənlər üçün çox yaxşı bəhanədir. Söhbət təkcə ABŞ-dan getmir. Fransaya da baxın. Vəziyyət daha pisdir. Dünyada heç bir ölkənin, o cümlədən Ermənistanın tanımadığı qondarma “Dağlıq Qarabağ”ı Fransa parlamentinin iki palatası tanıyıb. Ona görə də onların real siyasət adlandırdıqları budur. Bir daha erməni lobbisi tərəfindən hər hansı haqq qazandırma şişirdilib” fikri ilə dünyada ikili standartların hələ də mövcudluğu, kimlərinsə mənafe bazarlığı ilə Azərbaycanın məğlub duruma salınması arzularının mümkün olmayacağını diqqətə çatdırıb.
Azərbaycanın ərazi bütövlüyü məsələsinin həlli kimi vacib məsləyə diqqət çəkən ölkə başçısı bu anın da vaxtının çatdığını xüsusi vurğulamaqla bir çoxlarına ciddi mesaj Verdi və dedi: “Qərb ölkələri tərəfindən Azərbaycanın ərazi bütövlüyünə dəstəyin açıq şəkildə ifadə olunmasına gəlincə, düşünürəm ki, bunun vaxtı gələcək, faktiki olaraq artıq gəlir. Vacib olan isə odur ki, Ermənistan özü indi Ermənistanın Qərbdəki bəzi dostlarından daha açıq şəkildə deyir ki, onlar bunu de-fakto tanıyırlar, çünki ötən ilin oktyabrında onlar Praqa Bəyannaməsini, yenə də ötən ilin oktyabrında Soçi Bəyannaməsini imzalayıblar.
Orxan Allahverdiyev,
Zeynal Zeynalov adına Hacıtəpə kənd orta məktəbin Tarix müəllimi