Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubleyinə həsr olunmuş “Böyük Avrasiyageosiyasətinin formalaşması:keçmişdən bu günə və gələcəyə” movzusunda dördüncü beynəlxalq konfrans keçirilib.Azərbaycan Preazidenti İlham Əliyev konfransda çıxış edib.
Konfrnsda çıxış edən prezident İlham Əliyev konfrans iştirakçılarını salamlayıb, sonra isə konfransı təşkil etdiyi üçün ADA Universitetinə öz təşəkürünü bildirib ki, bu konfrans digərlərindən fərqlidir. Prezident qeyd edib ki, bu il Ulu Öndərin 100 illik yubleyi ilə əlaqədar olaraq “Heydər Əliyev İli elan edilib.Bununla bağlı daxili siysətimizin vacib məsələlərinə toxunaraq istır Azərbaycanda,istərsə də xaricdə çoxsaylı tədbirlər və konfranslar keçiririk. İstəyirik ki, tədbirlərimiz rəsmi xarakter yox, xüsusi diqqət tələb edən real məsələlərə də aid olsun.
Cənab Prezident bildirmişdir ki, Heydər Əliyev həmişə xalqının maraqlarını qoruyan bir şəxsiyyət olmuşdur.Hələ sovetlər dönəmində 10 ildən artıq rəhbər işləyən H.Əliyev bəzi əngəllərə baxmayaraq, Azərbaycan xalqının maraqlarını qoruyub saxlamağa nail olmuşdur. Onun atdığı hər bir addım Azərbaycanın müstəqilliyinə hədəflənmişdi.
Cənab Prezident konfransın Şuşada keçirilməsi ilə bağlı öz münasibətini də bildirmişdir. O,qeyd etmişdir ki, Şuşa qədim şəhərdir. O, heç vaxt ermənilərin olmayıb və olmayacaq. İşğal dövründə Şuşa dağıdılaraq məhv edilmişdir. Biz burda yenidənqurma işləri aparırıq. Prezident İlham Əliyev konfrans iştirakşılarının nəzərinə çatdırmışdır ki, Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Azərbaycan xalqı onun arzusunu gerçəkləşdird. Bütün azərbaycanlılar buna çox sevinir və qələbəmizlə qürur duyurlar.
Konfransda Prezident İlham Əliyevə bəzi suallar ünvanlanıb və cənab prezident ona ünvanlanan suallara cavablandırın. Suallardan biri regionda münaqişənin yekun həllinə nail olunmaması barədə olub. Prezident vurğulayıb ki, bu məsələ barədə dəfələrlə fikir bildirib.Prezident edib ki, Ermənistan sülh istəmirsə sülh olmayacaq. Tarixdə belə hallar olur. Sülh sazişini imzalamayan ölkələrdə olur. Bu, nə Ermənistan, nə də region üçün yaxşı olacaq. Ermənistan prosesi ləngidir.
Daha sonra Prezident İlham Əliyev ona ünvanlanan digər suala aydınlıq gətirib.Bu,Türkiyə ilə Azərbaycanın müttəfiq olması idi. Cənab Prezident bildirib ki, Türkiyə və Azərbaycanı rəsmi olaraq müttəfiq edən Şuşa bəyannaməsi şuşada imzalanmışdır. Bu,tarixi hadisə idi. Prezident Ərdoğanın Türkiyəyə rəhbərlik etdiyi son iyirmi ildə bizim münasibətlərimiz onunla birgə səylərimiz nəticəsində təkcə qardaş xalqlar arasında deyil, eyni zamanda müttəfiqlər arasında olan münasibətlərə çevrilmişdir. Biz bunu dəfələrlə nümayiş etdirmişik.
Daha sonra ölkə rəhbəri digər suallara ətraflı və dolğun cavab vermişdir. Prezident bildirmişdir ki ,İkinci Qarabağ müharibəsindən sonra gərginliyə gətirib çıxaran bir sıra addımlar atılmişdır.Lakin bunların heç birini Azərbaycan başlamamışdır. Çünki, Azərbaycan qarşısında Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır. Bizim heç bir ölkə ilə, xüsusən də, qonşu ölkə ilə hər hansı bir problemin olmasına ehtiyacımız yoxdur.
Sonra Prezident İlham Əliyev qeyd etmişdir ki, Avropadakı tərəfdaşlarımızla münasibətdə və regionda daha güclü ola bilərik. Buna görə bəzi ölkələrlə Azərbaycan arasında daşımalar, enerji və bir çox digər sahələrdə qarşılıqlı əlaqə və tərəfdaşlıq vacib meyardır. Biz böyük potensialı görə bilirik və qiymətləndiririk, çünki Orta Dəhlizlə Xəzər vasitəsilə Gürcüstanın dəniz limanlarına, sonra isə Türkiyəyə böyük yük axınını öncədən görə bilirik. Cənab Prezident digər layihələrin icrasından da sohbət açdı və görülən işlər barəsində məlumat verdi.
Natiq Fərəcov,
Həsənli kənd sakini