Çinin Yunnan əyalətində zəlzələ zonasından 11 min insan təxliyə edilib.
Leqal.az xarici mediaya istinadən xəbər verir ki, əyalətin Baoşan şəhərində xilasetmə əməliyyatları üçün 2400 şəxs cəlb edilib.
İlkin ehtimallara görə, yeraltı təkanlar nəticəsində 2800 bina zərər görüb.
Təxliyə edilən sakinlər üçün 34 müvəqqəti sığınacaq təşkil edilib.
Qeyd edək ki, mayın 2-si Baoşan şəhərindən 35 km şimal-şərqdə 5,3 bal gücündə zəlzələ baş verib. Sözügedən şəhərdə təqribən 935 min sakin yaşayır. Təbii fəlakət nəticəsində ölən olmayıb. Bununla belə, 3 nəfər yüngül xəsarət alıb./qafqazinfo