Yasamalda akademik Zərifə Əliyeva yad edildi

Yasamalda akademik Zərifə Əliyeva yad edildi
  • Cəmiyyət

  • Bu gün Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun rəhbərliyi ilə rayon ictimaiyyətinin nümayəndələri akademik Zərifə Əliyevanın məzarını ziyarət edib.

    Leqal.az  xəbər verir ki, burada rayon ictimaiyyəti Ulu Öndər Heydər Əliyev və akademik Zərifə Əliyevanı yad edib, gül dəstələri qoyublar.

    Sonra Yasamal rayon təşkilatının birgə təşəbbüsü ilə oftalmoloq Z. Əliyevanın xatirəsinə həsr olunan tədbir keçirilib.
    Tədbiri YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev giriş sözü ilə açıb. Sonra millət vəkili Emin Hacıyev, professor İradə Hüseynova, Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov çıxış edib. Onlar dünya oftalmologiya elminin nəhənglərinin Z. Əliyevanı bu sahədə əvəzolunmaz alim kimi dəyərləndiriblər.

    PAYLAŞ:

    Oxşar xəbərlər