Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat

Ulu Öndər Heydər Əliyev və milli iqtisadiyyat
  • Cəmiyyət

  • Azərbaycan bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əvəzolunmaz iştirakçı, əsas söz sahibidir. Ölkəmiz yüksək inkişaf etmiş iqtisadiyyatı ilə  dünya arenasında öz adından bəhs etdirir. Müasir Azərbaycan dövlətinin banisi Heydər  Əliyevin hakimiyyəti dövründə misilsiz idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər bu gün ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafı üçün möhkəm zəmin yaradıb.Hətta son zamanlar bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər, qiymətlərin sürətlə artması, valyuta bazarlarında kəskin təlatümlər fonunda da  Azərbaycan iqtisadiyyatı yüksək dayanıqlıq nümayiş etdirir, həyata keçirilən siyasətin   alternativsiz olduğunu bariz şəkildə göstərir. Heydər Əliyevin dövlət quruculuğu   strategiyasının ana xəttini təşkil edən cəmiyyətin demokratikləşdirilməsi prinsipi artıq müstəqil Azərbaycan Respublikasını bütün dünyada tanıdıb.Heydər Əliyev o dövrdə prezident kimi fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərkən deyirdi ki, respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb:“Lakin respublikanın böyük sosialiqtisadi, elmi-texniki potensialı var.

    Azərbaycanın coğrafi- siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı  bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik".Heydər Əliyev iqtisadi  platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.İqtisadi islahatların zəruriliyindən bəhs edən ulu öndər tarixi faktlara əsaslanmaqla qəti mövqeyini aşağıdakı fikri ilə əsaslandırırdı: "...sosializm quruluşunun ən yüksək bəhrələrini görmüşük. Onun verdiyi bəhrələri heç kəs, heç vaxt inkar edə bilməz. Xüsusən, bizim respublikamızda. Lakin o quruluş, iqtisadi sistem özünün son həddinə gəlib çatmışdı. Buna görə də onun sonrakı inkişafı mümkün olmadı, iqtisadiyyat, ümumiyyətlə, inkişaf dayandı və geriləmə prosesi başlandı. Təsadüfi deyildi ki, 1980- 1985-ci illərdə yeni yollar axtarmağa başladılar. Bu da yeganə bir yola gətirib çıxardı: iqtisadi islahatlar aparmalı, bazar iqtisadiyyatı yolu ilə getməli, bazar iqtisadiyyatı prinsiplərini tətbiq etməli".Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən geniş miqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi.

    Ulu öndərin sözü ilə desək: “İqtisadiyyatı güclü olan ölkə hər şeyə qadirdir!” Dayanıqlı və möhkəm dövlət quruculuğunun əsas tələbi strateji fəaliyyət proqramının, dövlətin və millətin mövcudluğunun mənası, inkişafın məqsəd və prioritetləri kimi çıxış edən milli ideyanın olmasıdır. Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövründə iqtisadiyyatın dirçəlməsi və sürətli inkişafı baxımından xeyli işlər görüb. Onun respublikamıza rəhbərlik etdiyi illərdə ölkənin müstəqil iqtisadiyyatının təşəkkülü, ardıcıl sosial-iqtisadi islahatların həyata keçirilməsi, bu sahənin dayanıqlı inkişafını təmin edəcək qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi sahəsində görülən işlər iqtisadi inkişafıa xeyli təkan verib. Bu dövrlərdə inkişaf səviyyəsinə görə Azərbaycan SSRİ tərkibində olan dövlətlərdən xeyli fərqlənirdi.Heydər Əliyev Kommunist Partiyasının sədri seçildikdən sonra Azərbaycan iqtisadiyyatında çiçəklənmə dövrü başladı.

    Ulu öndərin əsas hədəfləri respublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, monokultura xarakteri ilə fərqlənən kənd təsərrüfatını qaldırmaq, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, əhalinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, xaricdə yaşayan həmvətənlərlə əlaqələri möhkəmləndirmək idi. Heydər Əliyev fəaliyyətinin ilk dövrlərində Azərbaycan SSRİ-də kənd təsərrüfatının inkişafına görə xüsusilə fərqlənirdi. Respublikamız bu dövrlərdə pambıq yığımında, üzüm və texniki bitkilərin becərilməsində ön sıralarda yerini qoruyurdu. Heydər Əliyevin fəliyyəti dövründə Azərbaycan üzümün, tezyetişən tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı oldu. Heydər Əliyev kimi xalqını və vətənini düşünən bir insana yaxşı məlum idi ki, iqtisadi potensialın güclü olması həm ölkənin xeyrinədir, həm də əhalinin yaşam səviyyəsinin yüksəlməsinə xidmət edir. 



    Emil İlqar,
    Q.İsmayılov adına Şərəfə kənd tam orta məktəbi
    PAYLAŞ:

    Oxşar xəbərlər