Heydər Əliyev şəxsiyyəti Azərbaycan tarixində şox böyük məna daşıyan fonemendir.Müstəqil dövlətimizin bu günü onun yorulmaz fəaliyyəti ilə bağlıdır.Məhz bu fəaliyyətin nəticəsidir ki,Azərbaycan beynəlxalq aləmə sürətlə inteqrasiya edir,dinamik iqtisadi inkişafın və etibarlı siyasi sabitliyi təmin etmiş bir dövlətdir.
Müstəqilliyin ilk illərində müəyyən səbəblərdən bərbad hala düşmüş Azərbaycan iqtisadiyyatında hər hansı bir tərəqqiyə nail olmusuqsa, bunun üçün Ümummilli Liderə borcluyuq. Bu sahədə Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur.
Azərbaycan bu gün regionun bütün siyasi və iqtisadi məsələlərinin həllində əsas söz sahibidir. Heydər Əliyevin idarəçilik qabiliyyəti, gərgin əməyi nəticəsində əldə olunmuş nailiyyətlər ölkə iqtisadiyyatının davamlı inkişafı üçün möhkəm zəmin yaradır.
Son zamanlar bəzi ölkələrdə yaşanan ciddi iqtisadi problemlər,qiymətlərin kəskin şəkildə artması valyuta bazarlarında artan təlatümlər fonunda da Azərbaycan iqtisadiyyatı yüksək dayanaqlıq nümayiş etdirir, həyata keçirdiyi siyasətin alternativsiz olduğunu bariz şəkildə göstərir.
Heydər Əliyev Azərbaycana ikinci dəfə rəhbərlik edərkən fəaliyyətinin əsas istiqamətlərindən bəhs edərkən deyirdi ki, respublika iqtisadiyyatı tamamilə dağılıb, xalqın rifah halı aşağı düşüb, lakin buna baxmayaraq, ölkənin böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi vəziyyəti, təbii sərvətləri , uzun illər boyu yaranmış əsas fondları respublikanl yaranmış ağır böhrandan çıxarmağa imkan verir. Azərbaycan iqtisadiyyatında islahatların aparilması, sanaye sahələrinin inkişaf etdirilməsi və bu istiqamətdə elmi əsaslandırılmış siyasətin işlənib hazırlanması vəzifəsi irəli sürülmüşdür. Sonraki dövrlərdən başlayaraq iqtisadiyyatın inkişafında müsbət meyillərin daha da möhkəmlənməsi müşahidə olunmuşdu.
Ulu öndərin ən böyük xidmətlərindən biri Azərbaycanın neft sahəsində qazandığı uğurdur. Azərbaycanın neft strategiyasının zirvəsi sayılan “Əsrin müqaviləsi” bunu deməyə əsas verir. Heydər Əliyevin iqtisadi baxışlarında bir şey daha çox diqqət çəkir. İqtisadiyyatın bütün sahələrində islahatlar aparmaq və bu islahatlar vasitəsilə ölkə iqtisadiyyatını inkişaf etdirmək.Heydər Əliyev deyirdi: ”Müstəqillik ona görədir ki,biz öz taleyimizin sahibi olaq,öz sərvətlərimizin sahibi olaq və bu sərvətlərdən istifadə edərək xalqımız daha yaxşı yaşasın”.
Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən qətiyyətli və məqsədyönlü tədbirlər əvvəllər baş alıb gedən özbaşımalıqlara və xaosa son qoymuş, sonra ictimai-siyasi sabitlik təmin edilmiş,ölkənin hərtərəfli sosial-iqtisadi inkişafı və beynəlxalq iqtisadi sistemə inteqrasiyası üçün əlverişli şərait yaradılmışdır.
Bu gün Azərbaycan Heydər Əliyev yolu ilə gedir və inkişaf edir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyanı dövrün tələblərinə uyğun daha da zənginləşdirən Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaratmışdır.Hamının marağına səbəb olan inkişafın,dövlətçiliyin Azərbaycan modeli özündə bir sıra mühüm prioritertləri ictimai-siyasi sabitlik və təhlükəsizlik, balanslaşdırılmış xarici və daxili siyasət, hüquqi dövlət quruculuğu, çevik idarəetmə mexanizminin tıtbiqi və təkmilləşdirilməsi, vətəndaş cəmiyyətinin inkişafıdır.Təkcə onu demək kifayətdir ki,ölkəmizin iştirakı olmadan heç bir layihə reallaşdırılmır.Azərbaycan xalqının Ümümmilli Lideri Heydər Əliyevin əməlləri tarix ötdükcə daha möhtəşəm görünür və daha dərindən dərk olunur.
Ş.Xəlilova
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi