Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi və bir sıra dini icmaların təşkilatçılığı ilə Bakı, Naxçıvan şəhərlərində, Ağcabədi və Kürdəmir rayonlarında şəhid ailələri, qazilər, müharibə veteranları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iftar süfrələri təşkil edilib.
Tədbirlərdə müqəddəs Qurani-Kərimdən ayələr tilavət edilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin ruhuna dualar oxunub və əziz xatirələri yad edilib.