Astanada 10 aprel tarixində Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib. Azərbaycan ilə Qazaxıstan arasında diplomatik, mədəni, sosial, siyasi və iqtisadi münasibətlər ilbəil möhkəmlənir. Paytaxtın ən iri küçələrindən birinə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı verilib. Azərbaycanda tərəqqi və genişmiqyaslı quruculuq işləri bu böyük insanın rəhbərliyi ilə başlayıb. Yeni məkan və oradakı memarlıq elementləri qardaş dövlətlər arasında möhkəm və bir-birini qarşılıqlı zənginləşdirən əməkdaşlığın rəmzidir.
Cari ilin 10 aprel tarixi Prezident İlham Əliyevin Qazaxıstan Respublikasına rəsmi səfəri, ölkə rəhbərinin mətbuata verdiyi bəyanat, Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimində iştirakı və iki ölkə arasında mühüm sənədlərin imzalanması ilə yadda qaldı.
Ölkə Prezidenti İlham Əliyev bəyanatında Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışından söz açaraq qeyd etdi ki, küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir.
Dostluq rəmzinə toxunan ölkə rəhbəri bildirdi ki, Qazaxıstan Prezidentinin işğaldan azad edilmiş Füzuli şəhərində qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin yaradılması təşəbbüsü iki xalq arasında dostluğun rəmzidir. Bu, Mərkəz Qazaxıstanın Azərbaycana hədiyyəsidir, Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq.
Bundan əlavə cari ildə Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş bir sıra mühüm tədbirlərə start verəcək. O cümlədən bu gün “Qazaxıstan” telekanalında Heydər Əliyevin zəngin həyat yolu haqqında “Görkəmli həyat” adlı sənədli filmin premyerası olacaq. Rəmzi haldır ki, Heydər adının tərcüməsi “irəlidə gedən” deməkdir. Heç bir mübaliğəyə yol vermədən deyə bilərik ki, Heydər Əliyev dinamik inkişaf edən müasir Azərbaycanın memarıdır. Son dərəcə mürəkkəb dövrdə ölkəyə rəhbərlik edən Heydər Əliyev çoxəsrlik Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində müstəsna rol oynayıb.
Onun müdrik rəhbərliyi ilə Azərbaycanda dərin siyasi və sosial-iqtisadi islahatlar həyata keçirilib. Bu mürəkkəb, enişli-yoxuşlu yolu qət edən ölkə irəliyə doğru böyük sıçrayış edib, dünya birliyinin nüfuzlu üzvünə çevrilib. Əslində Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir. Müasirləri Heydər Əliyevi yüksək insani keyfiyyətlərinə, prinsipiallığına, dürüstlüyünə, ədalətliliyinə görə qiymətləndirirdilər.
Qazaxıstan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin təşəkkülünə və möhkəmlənməsinə Heydər Əliyev çox qiymətli töhfələr verib. Biz yaxşı xatırlayırıq, o, qazaxlar haqqında həmişə səmimi sözlər deyir, bizim soykökümüzün və irsimizin ortaq olmasını vurğulayırdı. Heydər Əliyev deyirdi ki, xalqlarımızın dərin tarixə gedib çıxan kökləri qazax və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin əsasıdır. Həm qazaxlar, həm də azərbaycanlılar üçün tarix mürəkkəb olub. Lakin bütün çətinliklərə baxmayaraq, xalqlarımız həmişə bir-birini dəstəkləyib, həmişə hiss edib və başa düşüblər ki, onlar eyni köklərə mənsubdurlar. Bu sözlər 1997-ci il iyunun 10-da deyilib. Ölkələrimiz arasında müasir möhkəm və ahəngdar qarşılıqlı münasibətlər bu sözləri təsdiq edir. Bu münasibətlər strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda inkişaf edir.
Ceyhun Hüseynov,
Masallı RMX İƏ üzrə mütəxəssis