Prezident İlham Əliyev 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi barədə sərəncam imzalayıb.İlham Əliyev sərəncamda Heydər Əliyevi müstəqil Azərbaycan dövlətinin qurucusu adlandırıb. “Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti,onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir.Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir”, - sərəncamda bildirib.
Müasir milli dövlət quruculuğumuz 1993-cü ilin iyunundan – Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlanmışdır. Təbii ki, həlledici məqamda dövlətin başında böyük siyasi təcrübəyə malik, milli dövlət təfəkkürü olan bir şəxsin olması çox önəmlidir. Müasir, yeni Azərbaycan dövlətçiliyinin qurucusu, dövlət müstəqilliyimizin , ərazi bütövlüyümüzün, milli mənəvi, demokratik dəyərlərimizin təminatçısı dünya azərbaycanlılarının milli lideri, türk dünyasının böyük oğlu Heydər Əliyev Azərbaycan hakimiyyətinin sivil təsisatlarını yaratmış, xalqın şüuruna tarixi və milli idrak anlayışlarını təqdim etmişdir. Azərbaycan xalqının tarixi taleyi və xoşbəxtliyi onda idi ki, tarixi islahatlara birbaşa Heydər Əliyev başçılıq edirdi. Heydər Əliyev özü şəxsiyyət kimi tarixi hadisədir.Tarix şəxsiyyəti yaradır,bu cür şəxsiyyətlər isə tarixi.
O,bütün dövrlərin dövlət başçısıdır. O,nəyə nail olubsa sivil üslubda olub.Ümummilli lider vətənpərvərliyi böyük məfhum adlandırmış,onun bir çox komponentlərini sadalamışdır.Onların arasında Vətənə sədaqət, Vətənə məhəbbət, torpağa bağlılıq,mədəni irsi qiymətləndirmək və qoruyub saxlamaq kimi amillər yer alırdı.Ulu Öndər,müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.Azərbaycanın 40 ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi ,bu illər ərzində xalqın ictimai-siyasi,iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəlişi onun adı ilə sıx bağlıdır.Azərbaycanın müstəqilliyinin əbədiyyətə çevrilməsi ,dünya birliyində özünəməxsus layiqli yer tutması ,sürətli iqtisadi inkişaf yoluna qədəm qoyması məhz ulu öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır.Ulu Öndərin əsas arzularında biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi.Ömrünü xalqına həsr edən dahi şəxsiyyətin bu arzusu isə iki il öncə Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi.Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etdi.
Azərbaycan Ordusunu müasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev formalaşdırmışdır.Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik olan Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartlarına cavab verən səviyyədədir.Vahid komandanlığa tabe olan,müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu ümummilli lider Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən – günə daha da möhkəmlənir,döyüş qabiliyyətini artırır.
Aidə Şıxəliyeva
Dəlləkoba kənd Elşən Heybətov adına ümumi orta məktəb