Masallı rayonunun Viləş kəndi ərazisində sahibsiz itlər üçün sığınacaq yaradılıb

Masallı rayonunun Viləş kəndi ərazisində sahibsiz itlər üçün sığınacaq yaradılıb
  • Cəmiyyət

  • Masallı rayonunun Viləş kəndi ərazisində cənub zonasında ilk olaraq sahibsiz itlər üçün sığınacaq yaradılıb.

    Masallı rayon Yeddioymaq bələdiyyəsindən saytımıza verilən məlumata görə, sığınacaq RİH-nin tapşırığı əsasında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən inşa olunub.

    Bələdiyyəsi sahibsiz itlərə sahib çıxır, onları qida ilə təmin edir.

    Söhbət Yeddioymaq bələdiyyəsinin sədri Zeynalabdin Zeynalovdan gedir. O qeyd edib ki, məqsədləri sahibsiz küçə itləri problemini həll etməkdir.

    0,16 ha ərazini əhatə edən sığınacaq qalın məftillərlə hasarlanıb. Burada hələlik 20-yə yaxın sahibsiz it yerləşdirilib.

    Qeyd edək ki, gələcəkdə sığınacağın daha da genişləndirilməsi və daş hasarla hörülməsi nəzərdə tutulur.

    www.leqal.az



    PAYLAŞ:

    Oxşar xəbərlər