Azərbaycanda koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, 1015 nəfər sağalıb

Azərbaycanda koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, 1015 nəfər sağalıb
  • Cəmiyyət

  • Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1364 yoluxma faktı qeydə alınıb, 1015 nəfər müalicə olunaraq sağalıb.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan LEQAL.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 71 min 580 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 53 min 1 nəfər müalicə olunaraq sağalıb, 927 nəfər vəfat edib. Aktiv xəstə sayı 17652 nəfərdir.

    Ötən müddət ərzində 1 milyon 489 min 382 test aparılıb. Bugünkü test sayı isə 9744-dür.
    PAYLAŞ:

    Oxşar xəbərlər