XX əsr Azərbaycan tarixinə bir şəxsiyyət bəxş etdi.Bu şəxsiyyət Heydər Əliyev idi.Heydər Əliyev Azərbaycanın dirşəlişi üçün əlindən gələn nə vardısa, etdi.
Bildiyimiz kimi dahi Öndər iki dəfə Azərbaycan rəhbərlik edib.İlk rəhbərliyi zamanı Azərbaycan Sovet İttifaqının tərkibində idi.Həmin illərdə də Ulu Öndər dövlətçilik siyasətini həyata keçirərkən özünün bütün bacarıqlarından maksimum səviyyədə istifadə edərək Azərbaycan xalqının rifahı naminə çalışmışdır.
Umummilli lider Heydər Əliyevin Azərbaycan yenidən rəhbərliyə başladığı dövr Azərbaycan üçün ağır sınaqlar dövrü idi. Azərbaycan çətin təlatümlər burulğanında təkbaşına mübarizə aparmaq məcburiyyətində idi. 1990-cı illərin gərginliyi, xalqın keçirdiyi stres,ümidsiz hala düşməsi,əlbəttə ki,dahi şəxsiyyəti narahat etməyə bilməzdi.
Heydər Əliyev ona uzanan əlləri geri çevirmədi,1993-cü ildə yenidən Azərbaycana rəhbərlik etməyə başladı. Məhz onun rəhbərliyi altında Azərbaycanda siyasi sabitlik bərqərar oldu. Cəbhə xəttində ”atəşkəs”elan edildi. Xalq başının üstünü almış qara buludlardan azad olmağa başladı.
Ulu öndərin siyasi nailiyyətlərinin başında onun zamanı və dünyada gedən prosesləri düzgün qiymətləndirə bilməsi idi.Dahi şəxsiyyət Azərbaycan üçün ən çətin anda ən düzgün qərar qəbul etdi. Xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin təklif etdiyi milli dövlətçilik quruculuğu və müasir inkişaf strategiyası özündə bir sıra vacib komponentləri birləşdirirdi. Bunlar müstəqilliyin bərpa edilməsi, ictimai-siyasi sabitlik, iqtisadi inkişaf, güclü iqtisadiyyat, həyata keçirdiyi islahatlar, müasir və güclüordu quruculuğudur.
Ulu Öndərin milli ideyaya bağlılığı,irəli sürdüyü təşəbbüslər, ideya və təkliflərin, xarici siyasətdə çevik, bir çox hallarda heç də hamının dərhal anlaya bilmədiyi uzaqgörən addımlarının ölkənin milli maraqlarına xidmət etməsinə olan sarsılmaz ictimai-fəlsəfi mahiyyətini təşkil edən mühüm amildir.
Xalq yaxşı bilirdi ki,parçalanmaq,dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmış Azərbaycanı Heydər Əliyev qurtara bilər.Ona görə də xalq arasında Heydər Əliyevə inam və etibar getdikcə artırdı. Təsadüfü deyil ki, ölkədəki vətəndaş qarşıdurmasına da Heydər Əliyevin səyləri son qoydu.
Heydər Əliyevin apardığı dövlət siyasəti sayəsində Azərbaycan regionun ən etibarlı və güclü dövlətlərdən birinə çevrildi.”Əsrin müqaviləsi”nin imzalanması,Bakı-Tibilisi-Ceyhan neft kəməri kimi qlobal əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi Heydər Əliyev siyasətinin uğurudur.
Ulu öndərin son dərəcə böyük dəyər kəsb edən xidmətlərindən biri də onun yalnız milli inkişaf strategiyasının həyata keçirməklə kifayətlənməməsi idi.Çünki qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün mövcud olan siyasi kurs davam etdirilməli və bu mənada siyasi-ideoloji varislik qorunub saxlanılmalı idi.Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyev Heydər Əliyev strategiyasını uğurlu davamçısı oldu.
Ulu öndərin Heydər Əliyev siyasətinin bariz nümunəsidir ki,prezident İlham Əliyev tərəfindən çöx uğurla aparılmış siyasətin nəticəsi olaraq Torpaqlarımızın mənfur erməni işğalında azad olunması ilə başa çatması, 44 günlük müharibədən qalib olaraq ayrilmasıdır. Ulu Öndərimiz tərəfindən təməli qoyulan qələbəni Azərbaycan xalqına yaşadan İlham Əliyev özünün dediyi kimi ata vəsiyyətini yerinə yetirmişdi.
Bu gün Azərbaycan dünya arenasında öz sözünü deməyi bacaran, baş verən reallıqları bütün dünyaya tanıdan qalib bir ölkədir. Bütün bunların arxasında Heydər Əliyevin vaxtına həyata keçirdiyi dövlətçilik siyasətinin bəhrəsidir.
Ş.Xəlilova,
S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi