Xocalı soyqırımından 31 ildirki keçir. Neçə-neçə arzuların ürəklərdə qalmasından düz 31 ildir keçir . 31 ildə qazanılan nailiyyətlər , itirilən gənclər, torpaqlar lazımı qədər bəs etdi ki, bütün insanlıq , bəşəriyyət həqiqəti, reallığı dərk edə . XX əsrin 90-cı illəri Azərbaycan tarixi üçün qərənfili azalmayan illər oldu . Hər gecənin bir sabahı var idi , amma həmin illərin sabahı da qaranlıq idi . Xocalı soyqırımı - qan yaddaşımızdır, Xocalı soyqırımı- unudulmaz tarixdir, Xocalı soyqırımı – insanlıq üçü unudulmaz simvoldur. Bəli , XX əsrin faciəsi olan Xocalı qətliamının törədilməsindən 31 il ötür. Xocalıda dinc əhalinin heç bir fərq qoyulmadan qətlə yetirilməsi Hayların özləri arasında qurduğu uydurma dövlət səviyyəsində həyata keçirilən azərbaycanlılara qarşı etnik nifrət və dini ayrı-seçkilik siyasətindən irəli gəlir.
Xocalı qətliamı erməni millətçiləri və onların havadarlarının Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsidir. Dünyanın gözü qarşısında baş vermiş, qəddarlığı və amansızlığı ilə fərqlənən bu ağır cinayətə görə siyasi-hüquqi məsuliyyət birbaşa Ermənistanın o zamankı rəhbərliyinin üzərinə düşür. Xocalı soyqırımına hüquqi-siyasi qiyməti ilk dəfə ümummilli lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Ümummilli Lider 1994-cü il martın 1-də Xocalı soyqırımı ilə bağlı xüsusi Fərman imzalayıb. Sonrakı dövrdə Milli Məclisin qərarı ilə 26 fevral "Xocalı soyqırımı və milli matəm günü" elan olunub. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması daim Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətləri sırasındadır. Bu dəhşətli soyqırımının dünyada tanıdılmasında Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da müstəsna xidmətləri var. Fond Xocalı soyqırımı ilə əlaqədar xarici ölkələrdə layihələr həyata keçirir. Müasir tariximizin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar fevralın 26-da Xətai rayonundakı "Ana harayı" abidəsi ziyarət olunur.
44 günlük Vətən müharibəsinin böyük qələbə ilə başa çatması, Qarabağın işğaldan azad olunması nəticəsində şəhidlərimizin, eləcə də Xocalı soyqırımı qurbanlarının qanı yerdə qalmayıb, qisası alınıb.Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, insanlığa qarşı yönəlmiş bu vəhşi qətliamı bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq məqsədi daşıyan anım mərasimi göstərir ki, xalqımız bu faciəni heç vaxt unutmayacaq. Biz birlik olaraq xalqımıza, insanlığımıza edən yaxşılığı da , vəhşiliyi və xainliyi də unutmayacaq və unutdurmayacağıq.
Aycamal Bağırova,
Masallı rayonu N.Nərimanov adına 2 saylı şəhər tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi