Gülüstan sarayında Enerji stansıyasının təməlqoyma mərasimi keçrilmişdir

Gülüstan sarayında Enerji stansıyasının təməlqoyma mərasimi keçrilmişdir
  • Cəmiyyət

  • Azərbaycan bu gün dünyanın davamlı olaraq ən sürətlə inkişaf edən ölkəsidir. Azərbaycan xalqının güzəranının günü-gündən yaxşılaşmasında, yoxsul vətəndaşların sayının sürətlə azalmasında yeni dövrün- qloballaşan dünyanın böyük dövlət xadimi olan cənab Prezident İlham Əliyevin müdrik, qətiyyətli, cəsarətli siyasəti ölkə başçısı ilə xalq arasında yaranmış birlik sayəsində mümkün olmuşdur. 
                   
    Azərbaycan bugünki inkişafı ilə siyasi, iqtisadi, hərbi, mədəni istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə bölgədə və dünyada söz sahibi olan ölkəyə çevrilir. Bu uğurların əldə olunmasında ölkəyə rəhbərlik edən dahi siyasətçinin, Ümummilli Lider Heydər Əliyev yolunun laiqli davamçısı olan cənab Prezident İlham Əliyevin gərgin əməyi, yorulmadan çalışması uzaqgörən daxili və xarici siyasəti dayanır.
                     
    Məqsədyönlü enerji siyasəti hər bir dövlətin, hər bir xalqın milli təhlükəsizliyinin təmin edilməsində çox mühüm əhəmiyyətə malikdi. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün dövürlərdə respublikamızın energetika kompleksinin inkişafına xüsusi diqqət yetirərək, bu sahədə misilsiz quruculuq işləri həyata keçirib. Cənab Prezident İlham Əliyevin ölkəmizin enerji təhlükəsizliyinin təminatındakı xidmətləri də göz önündədir. Möhtərəm Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində ölkəmiz bu gün Avropanın ən etibarlı enerji təminatçısıdır. Təbii ki, bu uğurlar cənab prezidentimizin gərgin əməyi, uzaqgörən, məqsədyönlü siyasəti nəticəsində reallaşıb.             
                     
    Dövlət başçımızın daimi diqqət və yorulmaz fəaliyyəti sayəsində ölkəmizin energetika sistemi daha da inkişaf etdirilərək dünya standartlarına uyğun yenidən qurulub. Həyata keçirilən tədbirlər sayəsində ölkəmizdə energetikanın maddi-texniki bazası daha da möhkəmləndirilib, xeyli sayda modul tipli elektirik stansiyaları tikilib.
                 
    Cənab Prezident İlham Əliyevin energetika sahəsində daha bir uğurlu addımı 13 fevral 2023-cü ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektirik stansiyasının təməlinin qoyulması mərasimi oldu. Təbii ki, bu çox mühüm hadisədir. Bu hadisə nəticəsində ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək, Azərbaycanın həm Cənubi Qafqazda,həm də Avropanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. Hamımıza məlumdur ki, Mingəçevir hazırda elektroenergetika sahəsində ölkəmizin əsas şəhəridir. Mingəçeviri ölkəmizin əsas elektirik məmbəyinə çevirən Ulu Öndər Heydər Əliyev olmuşdur. 
                     
    Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı həyatımızın bütün sahələrində, o cümlədən energetika sisteminin inkişafında öz əksini tapıb. Buna misal olaraq 44 günlük Vətən müharibəsində azad edilmiş tarixi torpaqlarımızda enerji laiyhələrinin uğurla həyata keçirilməsini göstərə bilərik .



    Rafis Babayev,
    Hüseynhacılı kənd tam orta məktəbinin  tarix müəllimi 
    PAYLAŞ:

    Oxşar xəbərlər