Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 275 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 64, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 54, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 14 nəfərdir.

    Vurulan vaksinlərin ümumi sayı 13 945 002, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 007, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 798, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 810, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 387 nəfər təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər