Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı AÇIQLANDI
  • Cəmiyyət

  • Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 251 vaksin vurulub.

    Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 70, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 97, üç və daha çox doza vaksin vurduranların sayı 71, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 13 nəfərdir.

    Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 944 727, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 402 943, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 655, üç və daha çox doza vaksin vurduranların sayı 3 398 756, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 265 373 təşkil edir.
    PAYLAŞ:

    Oxşar xəbərlər