Azərbaycab-Ruminiya dosluğu

Azərbaycab-Ruminiya dosluğu
  • Cəmiyyət

  • Rumıniya Prezidenti Klaus Yohannis  2 fevral 2023-cü ildə Azərbaycana rəsmi səfərə gəlmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rumıniya Prezidenti Klaus Yohannis mətbuata bəyanatlarla çıxış ediblər. Əvvəlcə Azərbaycan Prezidenti cənab İlham Əliyev bəyanatla çıxış etmişdir. Cənab İlham Əliyev Rumıniya Prezidenti Klaus Yohannisi və bütün qonaqları salamlamış,onlara ölkəmizə xoş gəlmisiniz demişdir.Prezident qeyd etmişdir ki,Rumıniya Prezidenti ilə Buxarestdəki görüşündən bir ay keçəndən sonra Rumıniya Prezidentinin Bakıya səfərini birdaha ölkələrimiz arasındakı əlaqələrin inkişafını təsdiqini ifadə edir. Bu onu göstərir ki, ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq çox fəaldır və müzakirə olunan məsələlər hər iki ölkənin maraqlarına cavab verir.

    Rumıniya və Azərbaycan Strateji tərəfdaşlığa dair iki sənəd imzalamışdır. Sonra Prezident  İlham Əliyev ticari-iqtisadi əlaqələrlə bağlı sahələrə toxunaraq qeyd etmişdir ki,ticarət dövriyyəsi iki dəfədən çox artsa da,hələ ki,istədiyimizə uyğun deyil.Çünki ticarət dövriyyəmizin böyük hissəsini Azərbaycandan Rumıniyaya ixrac edilən xam neft təşkil edir.Biz ticarət dövriyyəmizin şaxələndirilməsi üçün əlavə addımlar atacağıq.Cənab İlham Əliyev nitqini davam etdirərək keçən ay xaricdə olarkən iki Azərbaycan qazının Rumıniyaya nəql etdirilməsi barədə sazişin  imzalanmasını xatırlatmışdır.Prezident qeyd etmişdir ki, beləliklə Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və bununla paralel olaraq, Rumıniya imkanlarından istifadə edərək digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir.Eyni zamanda, digər sahələr də prioritet təşkil edə bilər,o cümlədən nəqliyyat sahəsi.Bakı və Konstansa limanları arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün çox yaxşı imkanlar var.Əminəm ki,həm qaz,həm yaşıl enerji dəhlizləri,o cümlədən nəqliyyat sahəsində də gözəl nəticələrə gətirib çıxaracaqdır. 
                 
    Bu olunan səfər və səfər zamanı keçirilən görüşlər ölkələrimiz arasındakı mövcud dostluq və əməkdaşlıq əlaqələrinin birgə səylər nəticəsində bundan sonra da yüksələn xətt üzrə inkişaf etdiriləcəyinin bariz nümunəsidir. 



    Aidə Şıxəliyeva,
    Masallı rayon Dəlləkoba kənd ümumi orta məktəbi
    PAYLAŞ:

    Oxşar xəbərlər