Son il ərzində ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar demək olar ki, həyatın bütün sahələrində özünü göstərir. Azərbaycanın dünya birliyindəki mövqeyi daha da möhkəmləndirilib. İndiyədək həyata keçirilən islahatlar nəticəsində bütün sahələrdə qazanılan uğurlar özünü açıq şəkildə büruzə verir. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan dünya ölkələri arasında böyük tərəfdaş dövlətə malikdir. Dövlətimiz inkişaf edir və inkişaf etdikcə yeni layihələr həyata keçirir və yeni qanunların həyata keçiirilməsi zəruriyyəti yaranır.Belə ki ,müstəqilliyimizin ilk günlərində qəbul edilmiş bəzi qanunvericilik aktları müasir tələblərə cavab vermir. Ona görə də müstəqilliyimizin ilk illərdə qəbul edilmiş qanunların təkmilləşdirilməsi, beynəlxalq normalara uyğunlaşdırılması zəruriəti yaranıb.
“Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının Qanunu 31 il bundan əvvəl – 1992-ci il 3 iyun tarixində qəbul edilmişdir. “Siyasi partiyalar haqqında” yeni Qanunun yaradılması dövrün tələblərindən irəli gəlir. Ölkədə formalaşan yeni siyasi konfiqurasiya qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını zəruriəti yaranıb.
Milli Məclisin 16 dekabr 2022-ci il tarixli iclasında “Siyasi partiyalar haqqında” yeni qanun böyük səs çoxluğu ilə qəbul edildi. Azərbaycanda siyasi partiyaların fəaliyyətini tənzimləyən, dövlətlər siyasi partiyaların münasibətlərini yeni müstəviyə daşıyan, müasir çağırışlara cavab verən hüquqi-normativ aktın bazası daha da təkmilləşdirildi.
Yeni qanun layihəsinin hazırlanması zamanı Venesiya Komissiyasının 2010-cu ildə qəbul etdiyi “Siyasi partiyaların fəaliyyətinin hüquqi tənzimlənməsi barədə vəziyyət”, Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun 2021-ci ildə qəbul etdiyi “Ukraynanın Siyasi partiyalar haqqında Qanununun layihəsinə dair birgə rəy”, inkişaf etmiş 24 ölkənin təcrübəsi, ölkədə fəaliyyət göstərən siyasi partiyalardan 47-sinin Milli Məclisə yazılı formada təqdim edilmiş 250-dən çox təklif, o cümlədən parlamentdə komitə və plenar iclaslarda deputatlar tərəfindən irəli sürülmüş 100-dən çox təklif nəzərə alınıb.
Yeni qanunun qəbulundan sonra hər kəs bərabər şəkildə siyasi partiya yaratmaq və ya mövcud siyasi partiyaya daxil olmaq hüququna malikdir.Bu qanun yalnız qanunla müəyyən edilmiş hallarda məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının konstitusiya qurluşunun zorla dəyişdirilməsi, ərazi bütövlüyünün parçalanması,hakimiyyətin zorla ələ keçirilməsi və ya saxlanılması,zorakılığın və qəddarlığın,habelə irqi,dini, etnik və diğər ayrıseçkiliyin,həmçinin sağlamlığın və ətraf mühitin qorunmasına zidd olan tərəkətlərin təbliğinə,etnik düşmənçiliyin salınmasına yol verilmir.Dövlət qeydiyyatdan keçmiş bütün siyasi partiyaların sərbəst fəaliyyətinə təminat verilir. Həmçinin dövlət siyasi partiyaların təsis edilməsi və fəaliyyətlərinin həyata keçirilməsi üçün, hüquqlarına və qanuni mənafelərinə əməl olunmasına bərabər hüquqi şərait yaradılmasına təminat verir. Əsas məqamlardan biri dövlət büdcəsinin vəsaiti hesabına siyasi partiyalara maliyyə yardımı göstərilir.
İnşallah yeni qanun cəmiyyətdə yeni çağırışların,sürətli baş verən hadisələrin, sosial-siyasi tələblərin fonunda Azərbaycan dövlətlə siyasi partiyalar arasında əməkdaşlığın güclənməsinə,siyasi diaioq mədəniyyətinnin yüksəlməsinə mühüm töhfə verəcək.
Əntiqə Tağıyeva,
Masallı rayon Hişkədərə kənd sakini