2023-cü il Azərbaycan üçün daha uğurli il olacaq

2023-cü il Azərbaycan üçün daha uğurli il olacaq
  • Cəmiyyət

  • Bu il yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerli televiziya kanallarına bir  növ ənənə halını alan növbəti geniş müsahibəsini verdi. Artıq ölkə ictimaiyyəti, bütövlükdə xalqımız dünyada baş verən proseslərə,ölkəmizlə bağlı narahatlıq doğuran məqamlara münasibəti ən etibarlı mənbə kimi qəbul etdikləri birinci şəxsin dilindən eşitməyə vərdiş ediblər.Təbii ki,dövlət başçımız xarici kütləvi informasiya vasitələrinə olduğu kimi,yerli mediaya da tam açıqdır və gündəmi dəyişdirən siyasi,iqtisadi,mədəni hadisələri nəzərə alaraq tez-tez Azərbaycan ictimaiyyətinə müraciət edir,bütün vacib mövzularla bağlı rəy və fikrini bildirir,təkliflərini verir.Sıravi vətəndaşlarımızdan tutmuş cəmiyyətin üst təbəqəsinin təmsilçilərinə qədər hər kəs dövlət başçısının geniş müsahibələrini intizarla gözləyir və diqqətlə dinləyirlər.Bu müsahibədə də xalqımızı haqlı narahat edən çox məsələlərə aydınlıq gətirildi,belə demək mümkündürsə,dostlara da,düşmənlərə də açıq mesajlar verildi.
                 
    İlk qeyd edilən məsələ böyük Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yarımçıq qalan bəzi məsələlərin tədricən yoluna qoyulması ilə bağlıdır.Cənab Prezident də xüsusi vurğuladı ki,müharibə bitsə də,mübarizəmiz başa çatmayıb və savaşdan sonra görülən işlər,atılan addımlar bu ali məqsədimizə çatmağa hesablanıb.Söhbət,təxminən,20-25 minə yaxın erməni vətəndaşlarımızın toplum yaşadığı və Rusiya sülhməramlılarının  yerləşdiyi Xankəndi və ona bitişik bir çox kənd və şəhərlərdə dövlət nəzarətimizin bərpa olunması,ərazilərimizin ermənilərin qanunsuz silahlı birləşmələri və revanş xülyası ilə yatıb-duran separatçılardan tamamilə təmizlənməsindən gedir.Ancaq görünən odur ki,post müharibə dövründə bir çox güc mərkəzlərinin,dövlətlərin Azərəbaycanla bağlı oynadıqları ikili oyunlardan həvəsə düşən ermənilər imza atdıqları kapitulyasiya aktı ilə götürdükləri öhdəlikləri yerinə yetirmək istəmirlər.Cənab Prezidentin qeyd etdiyi kimi,Azərbaycan III Qarabağ müharibəsinin olmasını istəmir.Çünki biz döyüşlə işimizi tam bitmiş hesab edirik,bundan sonrakı məsələlər siyasi yolla həll olunmalıdır.
                     
    Bu istiqamətdə ən böyük nailiyyətimiz Vətən müharibəsinin nəticələrinin,Azərbaycanın Cənubi Qafqazda yaratdığı reallıqların dünya ölkələri tərəfindən qəbul edilməsidir.Müharibənin başa çatmasından bir gün keçməmiş Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət ədalətli mübarizə apardığımızı əksər dünya ölkələrini inandırdı.Bəzi erməni cəfakeşlərinin ciddi səylərinə baxmayaraq ölkəmiz haqlı olduğu halda haqsız duruma düşmədi.Sözsüz,burada bizə Türkiyə kimi qardaş,İngiltərə,İsrail və sair dost ölkələrin də təmsil olunduqları birliklərin böyük rolu olub.
               
    “Ən yaxşı müdafiə hücumdur” prinsipi ilə mübarizə aparan Ali Baş Komandan İlham Əliyev haqlı olaraq hesab edir ki,sülh istəyən ölkə özü də həmişə müharibəyə hazır olmalıdır.Bu məntiqlə yola çıxılaraq Azərbaycan Ordusunun müharibədən dərhal sonra yenidən qurulması,yeni şəraitə uyğun ordu birləşmələrin yaradılması və II Qarabağ müharibəsinin taleyinin həll olunmasında əsas pay sahibi olan Xüsusi Təyinatlı Qüvvələrin sayının əsaslı şəkildə artırılması,ordumuzun ən müasir silah və sursatla təchiz olunması məsələləri qısa müddətdə öz həllini tapdı.
                   
    Ordunun yenidən hazırlanması və daha da güclənməsi düşmənə və onun havadarlarına baş verənlərdən nəticə çıxarması üçündür.Ona görə ölkə rəhbəri müsahibəsində də qeyd edir ki,biz yeni qarşıdurma istəməsək də qalibiyyətimizdən nəticə çıxarmayanlara,bizi yeni müharibə ilə təhdid edənlərə operativ  və daha sərt cavabımız ola bilər.İndiyə qədər baş vermiş “Fərrux”, “Qisas” və nəhayət sentyabr ayında “Qətiyyətli cavab” əməliyyatlarının bir məqsədi də dəmir yumruğun yerində olduğunu nümayiş etdirmək idi.Dövlət nəzarətini hələlik tam bərpa etmədiyimiz ərazilərdə yerüstü,yeraltı sərvətlərə qarşı aparılan erməni vandalizmini durdurmaq üçün ekofəallarımızın bir aydan artıqdır ki,təşkil etdikləri aksiyaya yüksək qiymət və açıq dəstək verən ölkə Prezidenti bu prosesin əsas məqsədlərimizə çatana qədər davam edəcəyini söylədi.
                 
    Cənab Prezident İlham Əliyev çox düzgün çıxış yolu göstərdi,Laçın dəhlizi açıqdır,istədikləri vasitələrlə bölgəni tərk edib,aid olduqları yerə gedə bilərlər: “Mən demişəm,orada Azərbaycan bayrağı altında yaşamaq istəyənlər üçün şərait yaradılacaq.Azərbaycan vətəndaşları kimi onların hüquqları,təhlükəsizliyi də təmin olunacaq.Ona görə kim bizim vətəndaş olmaq istəmirsə,yol bağlı deyil,açıqdır.Gedə bilərlər,ya özləri gedə bilərlər,heç kim onlara maneəçilik yaratmayacaq,ya da sülhməramlıların yük maşınlarının tenti altında gedə bilərlər,avtobusla da gedə bilərlər.Yol açıqdır”.



    Şıxəliyeva Aidə Azər qızı
    Masallı rayon Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəbi 
    PAYLAŞ:

    Oxşar xəbərlər