Vətəndaşın sosial rifahı dövlətin sosial siyasətinin əsasını təşkil edir

Vətəndaşın sosial rifahı dövlətin sosial siyasətinin əsasını təşkil edir
  • Cəmiyyət

  • Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub, onun həyata keçirdiyi sosial proqramlarda, əhalinin əsas sosial qruplarının marağını əsas götürərək, cəmiyyətdəki münasibətlərin tənzimlənməsində təzahür edir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən  qoyulan sosial siyasət həm bu gün, həm də gələcəkdə insanların layiqli həyat şəraitinin təmin edilməsini, bu təminatın səviyyəsinin yüksəlməsini həyata keçirən yaxın və uzaqmüddətli proqramlar vasitəsi ilə reallaşdırılır. Bu gün həmin siyasəti uğurla davam etdirən Cənab Prezident İlham Əliyevin sosial siyasəti də iki klassik prinsipə əsaslanır: sosial ədalət və sosial rifah.
                 
    Sosial ədalət ölkənin maddi və mədəni sərvətlərinə bütün vətəndaşların əlçatanlığını təmin etmək siyasətidir. Elə bir siyasət ki, imkansıza, gücsüzə, köməyə ehtiyacı olana dövlət dəstək verir, eyni zamanda cəmiyyəti də bu xoş mərama təşviq edir. Azərbaycan sosial dövlət olaraq bütün vətəndaşların sosial müdafiəsini təmin etməyi öhdəlik kimi öz üzərinə götürmüşdür.
                 
    Bununla yanaşı, xüsusi sosial müdafiəyə ehtiyacı olan qruplar var ki, müxtəlif qanunlar və proqramlar vasitəsi ilə onlara daim dəstək verilir. Bizim qanunvericilik yaşayış minimumu, ehtiyac meyarı, minimum əmək haqqı, minimum pensiya kimi hədlər müəyyən eləmişdir ki, vətəndaşımızın yaşam şərtləri o həddən aşağı səviyyəyə enməsin.

    Bu mənada Prezident İlham Əliyevin bu il yanavarın 5-də imzaladığı Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncam həyata keçirilən sosial islahatların davamı kimi xarakterizə olunur.  Sərəncamla minimum aylıq əməkhaqqı 2023-cü ilin yanvarın 1-dən 15 faiz artırılaraq 345 manata yüksəlib. Həmçinin sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Son dörd ildə minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Bu da əhalinin güzəranının daha da yaxşılaşmasına gətirib çıxaracaqdır. 
                   
    Dünyada baş verən gərgin iqtisadi proseslər, ərzaq təhlükəsizliyinin  təhdid altında olduğu bir dönəmdə  Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün atılan addımlar xüsusilə diqqət çəkir. Bu onun göstəricisidir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadi layihələrdən əldə olunan vəsait ilk növbədə vətəndaşın sosial rifahının yaxşılaşdırılmasına sərf edilir. Göründüyü kimi, son illərdə həyata keçirilən sosial tədbirlər bir daha Prezident İlham Əliyevin andiçmə mərasimində çıxışında söylədiyi hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar fikirlərinin yüksək səviyyədə öz əməli təsdiqini tapdığını bir daha isbatlayır.



    Rusif Kərimov,
    Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi 
    PAYLAŞ:

    Oxşar xəbərlər