Prezident İlham Əliyev Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzlayıb.
LEQAL.AZ-ın məlumatına görə, sərəncama əsasən, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilib.
Qeyd edək ki, əmək pensiyasının minimum məbləği də artırılaraq 280 manat edilib.