Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
  • Cəmiyyət

  • Yanvarın 6-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Arabir güclənən cənub-qərb küləyi əsəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən LEQAL.AZ-a verilən məlumata görə, havanın temperaturu gecə 5-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 8-10° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

    Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 1-6° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər