Balacalar üçün Yeni il şənliyi

Balacalar üçün Yeni il şənliyi
  • Cəmiyyət

  • 26 Dekabr tarixində Masallı Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Masallı Rayon Komitəsinin birgə təşkilatçılığı ilə Nizami Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzində balacalar üçün Yeni il şənliyi keçirilib.

    Şən mahnılar, rəqslər, viktorinalar və üz boyama üsulu ilə uşaqların üzünə şəkillərin çəkilməsi bayram şənliyinə xüsusi rəng qatıb. Tədbirdə ifa edilən mahnılar, mili və xarici rəqs nömrələri alqışlarla qarşılanıb. Şaxta baba və Qar qızın gəlişi isə şənliyi daha da canlandırıb, uşaqların sevincinə səbəb olub.

    Tədbirdə Şaxta baba uşaqlara Yeni il hədiyyələri verib. Balacalar xoş əhval-ruhiyyə ilə Yeni ilin gəlişini qeyd ediblər.

    Qeyd edək ki, Yeni il şənliyi tədbirləri 27,28,29 dekabradək davam edəcək.


    PAYLAŞ:

    Oxşar xəbərlər