Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olmuşdur

Prezident İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar  Vuçiç ilə təkbətək görüşü olmuşdur
  • Cəmiyyət

  • Dekabrın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə işgüzar səfərə gələn Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü olmuşdur. 
                 
    Bakıda baş tutan görüşdə Azərbaycan respublikasının Prezidenti cənab İlham Əliyev bu əlaqələrin inkişafında baş verən müsbət qendensiyanı mətbuata verdiyi Bəyanatda qeyd edərək bildirmişdir ki, “Serbiya və Azərbaycan strateji tərəfdaşdırlar, strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Biz hər zaman bir-birimizin ərazi bütövlüyünü, suverenliyini dəstəkləmişik, dəstəkləyirik və bu siyasət dəyişməz olaraq qalacaq. Biz beynəlxalq hüququn tərəfdarıyıq və əminik ki, ölkələr arasında münasibətlər ancaq beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimlənə bilər. Bu sahədə dünyada müşahidə olunan ikili standartların təzahürləri, əlbəttə ki, bizi çox narahat edir. Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. Prezident  Azərbaycanın Serbiyada bir sıra yatırımlar etdiyini və orada müəyyən layihələrdə iştirak etdiyini vurğulamış və  bu münasibətlərin genişlənəcəyini bildirmişdir. O, Azərbaycan Balkan ölkələrində hazırda enerji sahəsində müəyyən layihələri həyata keçirdiyini və bu istiqamətdə əməkdaşlıq Serbiya  ilə də davam edəcəyini vurğulamışdır.
               
    Prezident İlham Əliyev də münasibətlərin genişlənməsi, yeni səviyyəyə qalxması üçün Serbiyaya səfəri olmuş və səfər zamanı müəyyən sənədlər imzalanmışdır . 
                 
    Daha əvvəl cənab prezidentin Bolqarıstan səfərində də Serbiyanın dövlət rəhbəri Azərbaycanın Qərbdə oynadığı rol haqda yüksək fikirlərini söyləyib. Növbəti dəfə də Belqradda gerçəkləşən səfərdə də Serbiya prezidenti Alerksandr Vuçiç cənab prezident İlham Əliyevin haqqında yüksək fikirlər səsləndirdi, onun Avropada nüfuzunun xeyli yüksək olduğunu söylədi. Özəlliklə hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsindən sonra Avropanı gözləyən enerji problemlərində əsas çıxış yollarından birini Azərbaycan dövləti oynayır. Bu gün Avropa ciddi enerji böhranı ilə üz-üzədir. Buna görə də enerji məhsullarının idxalı məsələsində, eyni zamanda bir çox sahələr üzrə yeni bazarlar axtarışındadır. Hesab edirəm ki, bu məsələdə ən etibarlı tərəfdaş Azərbaycan hesab edilməlidir. Bu baxımdan da Serbiya prezidenti bir daha vurğuladı ki, cənab prezident İlham Əliyev verdiyi hər bir sözü yerinə yetirib. O baxımdan hesab edirəm ki, Azərbaycanla Serbiyanın həm enerji təhlükəsizliyi, həm də bir çox digər sahələrdə əlaqələri daha da güclənəcək. Özəlliklə imzalanan yeni sazişlər iki ölkə arasındakı iqtisadi, ticari münasibətləri növbəti dəfə yüksək səviyyəyə çatdıracaq. Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin genişlənməsi, prezidentin keçən həftə Albaniyaya, bu həftə isə Serbiyaya gerçəklədirdiyi səfərlər ölkəmizin Şərqi və Mərkəzi Avropada mövqelərinin xeyli gücləndiyini göstərir. Hesab edirəm ki, gələcəkdə bu əməkdaşlıqdan həm Balkan ölkələri, həm də Azərbaycan xeyli iqtisadi dividentlər əldə edəcək.




    Ülvi Rufullayev,
    Masallı  rayon Binə xocavar kəndi

    PAYLAŞ:

    Oxşar xəbərlər