Azərbaycan Respublikasının əsas vəzifəsi işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin yüksək səviyyədə aparılması və I Qarabağ müharibəsi zamanı məcburi köçkün stasusu alan əhalinin yenidən öz doğma torpaqlarına qaytarılması olmuşdur. 2020- ci il 27 sentyabr tarixində başlanmış və 44 gün müddətində işğaldan azad edilmiş torpaqlarda yenidənqurma və sosial-iqtisadi inkişafa dair “Milli Prioritetlər”də Böyük Qayıdışla bağlı təsbit olunmuş 2 məqsəd Əhalinin dayanıqlı məskunlaşması, Ərazilərin iqtisadi fəaliyyətə reinteqrasiyası çərçivəsində müəyyən edilmişdir. Əhalinin dayanıqlı məskunlaşması çərçivəsində bu torpaqlarda yeni yaşayış məntəqələrinin salınması, “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi nəzərdə tutulmuşdur.
Əhalinin məşğulluq imkanlarını artırmaq, Müasir standartlara uyğun xidmətlərin yaradılması, Ərazilərdə məskunlaşacaq əhalinin sosial müdafiəsini gücləndirmək kimi vacib tələblərin həlli prosesi günümüzdədə tam sürətlə davam etməkdədir. İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir. İşğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır.
İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Eyni zamanda, ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər ‒ mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. Hazırda şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir. Azərbaycan yenidən qayıtdığı torpaqlarının əsl sahibi olduğunu və bu torpaqların qiymətliliyini bir daha göstərərək bütün dünyaya örnək lahiyyələr həyata keçirir.
Çingiz Qurbanov,
Masallı Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşı